banner
banner

Gündəm

Tovuz hadisələri barədə bilinməyənlər: Polad Həşimovun şəhid olduğu yerdən ilk görüntülər

Tovuz hadisələri barədə bilinməyənlər:

Bu gün Tovuz hadisələrinin il dönümüdür. Vətən Müharibəsinin ilk qığılcımının atıldığı bu döyüşlərdə general-mayor Polad Həşimov və daha 11 hərbçimiz şəhid olmuşdu.

Musavat.com xəbər verir ki, Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bu hadisənin il dönümündə jurnalistlərin Tovuza səfəri təşkil olunub.

Səfərdə "Yeni Müsavat" Media Qrupunun əməkdaşları da iştirak edib.

Döyüşlərin başlandığı Qaraqaya məntəqəsindən hazırladığımız geniş videoreportajı təqdim edirik.

Reportajda Polad Həşimov və digər hərbçilərimizin şəhid olduğu döyüş meydanəndan görüntüləri izləyə bilərsiniz. Həmçinin şəhidlərimizin döyüş yoldaşlarının Tovuz hadisələri zamanı yaşananlarla bağlı açıqlamaları da bu reportajda yer alır.

Xatırladaq ki, 2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistanın silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqeləri ələ keçirmək məqsədi ilə atəşkəs rejimini pozub.

İriçaplı pulemyotlardan, qumbaraatanlardan, snayper tüfənglərindən, minaatanlardan və digər artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutldu, mövqelərimizə hücum edildi.

İyulun 17-nə qədər davam edən döyüşlər zamanı hücum cəhdinin qarşısı alınıb, düşmənə sarsıdıcı zərbələri endirilib.

Döyüşlərdə ordumuz düşmənin canlı qüvvəsini, çoxlu sayda hərbi texnikasını və mühüm obyektlərini məhv edərək onların geri çəkilməyə məcbur etdi.

Döyüşlər zamanı general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, müddətdən artıq hərbi xidmət qulluqçuları - əsgər Elçin Mustafazadə, çavuş Vüqar Sadıqov, əsgər Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov düşmənlə döyüşlərdə qəhrəmancasına şəhid olub.

Prezident İlham Əliyevin Sərəncamı ilə general-mayor Həşimov Polad İsrayıl oğluna və Polkovnik Mirzəyev İlqar Anzor oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

 

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.