banner
banner

Hərbİ

“Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”

“Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”

“Hazırda Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk Qrupunun roluna diqqət cəlb edilməsi vacibdir. İlk növbədə anlamaq lazımdır ki, münaqişənin həlli missiyası Minsk Qrupunun üzərinə düşür”.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistan-Belçika Ticarət Palatasının 10 illiyi ilə əlaqədar keçirilən gecəyə qatılan Belçikanın xarici işlər naziri Didye Reynders deyib.

Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən D. Reynders bildirib ki, hazırda sərhəddə və təmas xəttində insidentlərə son qoymaq, eləcə də, əgər mümkündürsə, silahlı qüvvələri geri çəkmək üçün təkliflər irəli sürülüb: “Daha sonra əhali tərəfindən qəbul olunacaq həllə nail olmaq lazımdır. Problemin hərbi yolla həlli yoxdur. Münaqişə ATƏT-in Minsk Qrupu çərçivəsində siyasi yolla həll olunmalıdır”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.