banner
banner

Gündəm

Tovuz döyüşlərinin bir ili: Vətən müharibəsinə bu yolla getdik - rəylər

Tovuz döyüşlərinin bir ili:

Bu döyüşlərdə Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu - general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, çavuş Vüqar Sadıqov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, baş əsgər Elşad Məmmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Elçin Mustafazadə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Nazim İsmayılov və əsgər Xəyyam Daşdəmirov qəhrəmancasına şəhid oldular.

Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə general-mayor Həşimov Polad İsrayıl oğluna və Polkovnik Mirzəyev İlqar Anzor oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Tovuz döyüşlərinin 44 günlük Vətən müharibəsindəki rolu ciddidir. Polad Həşimov  bu müharibənin simvolu oldu. Onun Vətən yolunda həlak olması qələbəmiz üçün stimul oldu. Hər kəs dedi ki, əgər general şəhid oldusa, bizim savaşdan yayınmağa haqqımız yoxdur. İnsanların könüllü şəkildə cəbhəyə yollanması, “Ali Baş Komandan, silah ver bizə” deyib, meydanlara axışması, səngərlərə girməsi, savaş başladıqda tərəddüdsüz müharibəyə getməsi Polad Həşimovun obrazının, onun qəhrəmanlığının, şəhadətinin nəticəsi idi. 44 günlük müharibədə xalq-dövlət, xalq-ordu birliyinin baş tutmasında da P.Həşimovun və onunla birgə şəhid olan qardaşlarımızın böyük xidmətləri oldu.

Generalitet haqda cəmiyyətdə formalaşmış məlum fikir P.Həşimovun sayəsində aradan qalxdı. O, Vətən uğrunda həlak oldu, millətin bir anda ayağa qalxmasına vəsilə oldu.

Tural Abbaslı: “Mənim üçün iki cins var – kişi və qadın, vəssalam” – Azlogos

Tural Abbaslı: “Bu hadisələr Qarabağın işğaldan azad olunmasının başlanğıc nöqtəsi idi”

AĞ Partiya başqanı Tural Abbaslı bildirdi ki, Tovuz hadisələri 30 illik işğala son qoyan proseslərin başlanğıcı sayılmalıdır: “Bu savaş bizlərə mesaj verdi ki, artıq bu işğala dözmək olmaz, konkret addımlar atılmalıdır, ikili standartlara dözməməliyik, dünya birliyinin ”ədaləti"nə güvənilməməlidir. İllərlə BMT-nin dörd qətnaməsi, eləcə də digər beynəlxalq qurumların qəbul etdikləri qərarları ermənilər yerinə yetirmədilər. Hətta bu azmış kimi, həyasız bəyanatlar belə verirdilər. Məsələn, Paşinyan “Qarabağ Ermənistandır” deməklə, eləcə də “artsax”ın mərkəzini Şuşaya köçürəcəklərini bildirməklə, Cıdır düzündə yallı getməklə hər şey bir daha aydın olurdu ki, ermənilərin Azərbaycan ərazilərindən getmək fikirləri yoxdur. Tovuz hadisələrinin isə ermənilərin hücumlarından sonra baş verdiyi hamımıza məlumdur. Ordumuzun qətiyyəti bu hadisələrdə bir daha göründü. İndiyə qədər bəlkə də heç bir ordunun generalı əsgərləri ilə bir sırada dayanıb şəhid olmamışdı. Tovuz hadisələrində generalımızın şəhid olmağa hazır olduğunu bütün dünya gördü. Xalqımızın ordusunun yanında olması, müharibədə bir olma göstəricisinin nümayişi sentyabrda iqtidarı Qarabağda əks-hücuma sövq edən amillərdən biri oldu. Bir sözlə, Tovuz hadisələri Qarabağın işğaldan azad olunmasının başlanğıc nöqtəsi oldu. Sonradan sübut olundu ki, göstərilən reaksiyalar tam doğru idi. Nə yaxşı ki, müharibə qərarı verdik və ərazilərimizi azad etdik".

Arzu Nağıyev: “Vətəndaşlarımız karantin rejiminin tələblərinə riayət  etməlidirlər”

Arzu Nağıyev: “Tovuz döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycanın tarixi Zəfərinin təməli oldu”

Tovuz-Gədəbəy dairəsindən deputat olan Arzu Nağıyev bu təxribatlarla ermənilərin özlərini daha da çətin duruma saldıqlarını qeyd etdi: “Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Ordumuzun rəşadəti və şəhadəti şərəf sayan xalqımızın vəhdəti hesabına Vətən müharibəsindəki qələbəmizə aparan yol, təməl Tovuz döyüşlərindən başladı. Tovuz döyüşləri zamanı Azərbaycan Ordusunun qüdrəti və peşəkarlığı, xalqın birliyi bir daha nümayiş olundu. Bildiyiniz kimi, Tovuz döyüşləri Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutması ilə başladı.

Tovuz döyüşləri Ermənistan tərəfinin Azərbaycana qarşı əvvəlcədən planlaşdırdığı genişmiqyaslı təxribat idi. Lakin Ermənistan tərəfi məkrli niyyətinə nail ola bilmədi, əksinə, daha da çətin duruma düşdü. Bu döyüşlər düşmənə növbəti tarixi dərs oldu. Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısı alındı. Qüdrətli Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək onu ağır itkilərə məruz qoydu.  Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun gücü qarşısında aciz qalaraq geri çəkilməyə məcbur oldu. Tovuz döyüşləri iyulun 17-də Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşdı və heç bir ərazi itkisi olmadı. Tovuz döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycanın tarixi Zəfərinin təməli oldu və bu döyüşlərdə əldə olunan qələbə torpaqlarımızın işğaldan azad olunmasına qədər davam etdi. İllər ötəcək, zaman keçəcək, lakin Tovuz döyüşləri Azərbaycan tarixində qəhrəmanlıq nümunəsi kimi qalacaq".

Sabiq deputat Fəzail Ağamalı haqqında ŞOK FAKTLAR açıqladı | KONKRET

Fəzail Ağamalı: “Bu döyüşlər 44 günlük müharibənin baş məşqi idi”

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı isə bunları dedi: “Bir il öncə Ermənistan himayəsində olduğu güc mərkəzlərinin xeyir-duası ilə Tovuz istiqamətində Azərbaycana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başladı. Bu, əslində təxribatlardan daha çox Azərbaycanın yeni ərazilərini işğal etmək, xüsusilə ölkəmizin Qərbə yönəlik enerjidaşıyıcılarının Tovuz istiqamətində olan boru xətlərini zədələmək, ən azından onu nəzarət altına götürmək məqsədi daşıyırdı. Təbii ki, Azərbaycanın silahlı qüvvələri Ermənistanla bütün cəbhə boyu hər zaman döyüşə yüksək səviyyədə hazırlıq şəklinə gətirilmişdi. Bu gün də belədir. Hər birimizə, cənab Prezidentə, silahlı qüvvələrimizə məlum idi ki, Ermənistan daim xain addımlar atar, Azərbaycanın yeni-yeni ərazilərini işğal etməyə cəhd edər. Ermənistanın o zamankı müdafiə naziri David Tonoyan yeni torpaqlar naminə yeni müharibə tezisi ilə çıxış etmişdi. Paşinyan sərsəm fikirlər səsləndirərək əsəblərimizlə oynamağa cəsarət tapmışdı. ”Qarabağ Ermənistandır" deyərək sərsəm fikrini ortaya qoymuşdu. Bütün bunların fonunda Ermənistandan hər zaman bu cür hərəkət gözlənilirdi və baş verdi. Ötən ilin iyul ayında Tovuz istiqamətindən ermənilərin hücumları başladı. 4 gün davam edən ciddi qarşıdurma Ermənistanın çirkin niyyətinin həyata keçirilməsini alt-üst etdi. Təəssüf ki, milli qəhrəmanımız Polad Həşimov kimi hərbçimizi, onun silahdaşlarını, zabitlərimizi itirdik, şəhidlər verdik. Bu bizi sarsıtmadı. Əksinə, Ermənistana qarşı daha ciddi şəkildə dərs vermək, onu darmadağın etmək məqsədini Ali Baş Komandan ordumuza əmr etdi. Həqiqətən Tovuz istiqamətində Ermənistan ciddi zərbələr aldı, ağır döyüşlərdə xeyli sayda itkilər verdi, öz istəyinə nail ola bilmədi. Bu döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin gücünün, 2016-cı ilin aprel döyüşlərindən sonra növbəti göstəricisi oldu. Ermənilər bundan kifayətlənmədiklərini hər zaman önə çəkirdilər. Tovuz istiqamətindəki məğlubiyyətlərinin əvəzini çıxmaq üçün bütün diqqəti işğal etdikləri torpaqlarımıza yönəldib, oradan hücum etmək cəsarəti göstərdilər. Nəticə aydındır. 44 gün müharibə ermənilərin belini sındırdı, dövlət kimi ona çox sarsıdıcı zərbələr vurdu. Tovuz döyüşləri 44 günlük müharibənin baş məşqi idi. Biz orada ermənilərin gücünü, imkanlarını sınamaq imkanı qazandıq. Eyni zamanda sentyabrda ermənilərə hansı istiqamətlərdən zərbə vurmaq lazımdırsa, onu da etdik. Tovuz döyüşləri 44 günlük müharibənin tam tərkib hissəsidir. Tovuz uğurlarını, orada hərbçilərimizin qəhrəmanlığını Vətən müharibəsinin tərkib hissəsi kimi qiymətləndirməliyik. Tarixə də bu cür düşməlidir. Bir sözlə, iyul ayından başlayan təxribatları zərgər dəqiqliyi ilə ölçüb-biçən Ali Baş Komandan, onun əmri ilə ordumuz onların növbəti təxribatlarının qarşısını elə aldı ki, tarix boyu bunu unutmayacaqlar. Azərbaycan 10 noyabrda Ermənistanın kapitulyasiyasına nail oldu. Beləliklə, müzəffər və xilaskar Ali Baş Komandanımız igid əsgər və zabitlərimizlə Azərbaycan tarixinə qızıl hərflərlə yeni səhifələr yazdı, reallığı dəyişdi. Bu müharibə təkcə işğal edilmiş ərazilərimizin azad olunması ilə yekunlaşmadı. 44 günlük zəfərimiz regionda geosiyasi, iqtisadi durumu tamamilə kökündən dəyişdi. İndi Azərbaycan qalib dövlət kimi özünün dövlət maraqlarını yüksək səviyyədə böyük qətiyyətlə diqtə etməkdədir. Biz artıq bunun konkret nəticələrini görməkdəyik".

Deputat dedi ki, çox qısa zamanda Azərbaycan qarşısına qoyduğu bütün məqsədlərə nail olacaq: “Xankəndində, Əsgəranda, Xocalıda, Xocavəndə, keçmiş Ağdərədə-indiki Tərtər ərazisində yaşayan 25 minə yaxın ermənilər, ayağı tutan hər kəs Azərbaycan ərazilərindən çıxacaq. Buna tam əminəm. Ola bilsin ki, maksimum şəkildə 2-3 min erməni qalsın. Onlar da əldən-ayaqdan tutmuş insanlar olacaq. Normal şəkildə Azərbaycan vətəndaşlığını qəbul etsələr, qalan 5-10 illik ömürlərini rahat şəkildə yaşayacaqlar. Beləliklə, ərazilərimiz bu murdarlardan tamamilə təmizlənəcək”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.