Son 11 ildə Azərbaycanda qeydə alınan ana ölümlərinin sayı açıqlanıb.
HİT.Az Dövlət Statistika Komitəsinin göstəricilərinə istinadən xəbər verir ki, 2010-2020-ci illərdə respublikada hamiləlik, doğuş zamanı və zahılıq dövründə ölən anaların sayı ümumilikdə 254 nəfər olub.
Belə ki, 2010-cu ildə 26, 2011-ci ildə 27, 2012-ci ildə 26, 2013-cü ildə 25, 2014-cü ildə 25, 2015-ci ildə 24, 2016-cı ildə 22, 2017-ci ildə 21, 2018-ci ildə 17, 2019-cu ildə 21, 2020-ci ildə isə 20 qadın doğuş zamanı və ya zahılıq dövründə dünyasını dəyişib.
Qeyd edək ki, əvvəlki illərdə ana ölümlərinin sayı daha çox olub. Məsələn, 2007-ci ildə 54, 2008-ci ildə 40, 2009-cu ildə 37 nəfər doğuş zamanı və zahılıq dövründə dünyasını dəyişib.
Məlumat üçün bildirək ki, 2021-ci il üzrə yekun statistika ilin sonunda məlum olacaq.
Mütəxəssislər respublikada baş verən ana ölümlərinin rəsmi statistikadakı rəqəmlərdən daha çox olduğu qənaətindədir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.