banner
banner

Gündəm

Putin İrəvandan qəzəbli getdi

Putin İrəvandan qəzəbli getdi

Rusiya prezidenti Vladimir Putin İrəvandan gedəndə qəzəbli olub. 
Bu xəbəri yayan erməni mətbuatı bunu müxtəlif cür izah etməyə çalışıb. 
Erməni jurnalist Haykazn Qaqriyan bunu Putinin İrəvanda uydurma soyqırımın yüz illiyi ilə bağlı keçirilən tədbirlərdə Türkiyənin xeyrinə jest eləməsi ilə izah edib. Onun fikrincə, əslində Çanaqqala qələbəsinin 100 illiyinin bayram edilməsi ilə bağlı Türkiyəyə getmək istəyən Vladimir Putin İrəvana gəlməli olduğu üçün əsəbi olub. 

“Tərəzinin hər iki gözündə ağır daş vardı - hər biri də Putin üçün taleyüklü məsələ idi. Nəticədə Putin “orta” variant seçdi - İrəvana gəldi və buradan Türkiyəyə zəmanət verdi”, - deyə Qaqriyan vurğulayıb. 
Onun fikrincə, İrəvanda Putinin “soyqırım” ifadəsini işlətməməsi Türkiyə üçün verilən zəmanət idi: “Türkiyə faktiki olaraq zəmanət verdi ki, ermənilərin və Ermənistanın mümkün tələb və iradlarını nəzarətdə saxlayacaq”. 

Erməni KİV-lərinin yazdığına görə, Serj Sarkisyanın çox ümid bəslədiyi yüzillik tədbirlərində Ermənistanın strateji tərəfdaşı Rusiya liderinin “soyqırım” sözünü işlətməməsi Amerika ermənilərinin ciddi narahatçılığına səbəb olub. Bu, Serj Sarkisyanla erməni diasporunun münasibətlərini ciddi şəkildə gərginləşdirib. 

“Çətin ki, bu, Serj Sarkisyanın xoşuna gəlsin. Amma o, Putinə iki dəfə təşəkkür etməli oldu. Bir dəfə gəldiyinə görə, bir dəfə də çıxış etdiyinə görə. Faktiki olaraq, xarici siyasətin tam fiaskosundan danışmaq olar: Erməni məsələsi bağlandı, soyqırımın bu cür geniş miqyasda keçirilən yüzilliyi hətta Türkiyə ilə sərhədlərin açılmasına səbəb olmadı”, - deyə populyar “Lragir” portalı qeyd edib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.