banner
banner

Gündəm

ReAL-Müsavat qırğını gedir: Facebookda əyləncəli dava - SCRİNlər

ReAL-Müsavat qırğını gedir:

Facebook platformasında Musavat Partiyasının başqanı Arif Hacılının başlatdığı bir siyasi dava gedir.

Belə ki, Arif Hacılı özünün səhifəsində Respublikaçı Alternativ Partiyasının parlamentdəki deputatı Erkin Qədirliyə sataşıb. O, mərhum prezident Heydər Əliyevin heykəli önündə fotosu yayılan Erkin Qədirli haqqında bunları yazıb: "Asim Mollazadə bura qədər uzun bir yol keçmişdi, Erkin Qədirli çox tez çatdı"...

Bundan sonra olanlar olub, Fecebook-da Real - Musavat qırğını düşüb və bu saatlarda da davam edir. Partiya rəhbərləri bir birinə "ayıb olsun", "özünsən", "...açıb deyimmi" rədifli göndərmələr yazmaqdadırlar. Onlara tərəfdarlar da qoşulublar.

Arif Hacılı sərbəst buraxılıb » Reyting.az

Arif Hacılı

ReAL liderlırindən biri olan Natiq Cəfərli Elçibəylə Heydər Əliyevin görüşən zaman öpüşdüyü fotonu paylaşaraq, Arif Hacılıya cavab olaraq bunları yazıb: "Erkin protokola uyğun hərəkət edib, bundan öncə Atatürkin anıtında, Erdoğanla və Parlament sədri ilə görüşdə olub, amma səhv edib, gərək heykələ getməyəydi. Amma bu xırda səhvdi, sizin komandanız kimi Heydər Əliyevi öpüb, hakimiyyətə gətirib, başımıza bu sistemi bəla etməyib - bu ən böyük səhv idi! Hələ də buna görə xalqdan üzr istəməyib sizin nəsl siyasətçilər!

Natiq Cəfərli seçkidə atasının etdiklərinə görə ondan küsüb - VİDEO

Natiq Cəfərli

Erkinin başqa səhvi də olub - siz, Arif bəy, "hakimiyyət əlimizdən ofisə alacaq, nə olar REAL-ın qurultayını bizdə keçirməyin, bundan özünüz imtina edin", deyındə, Sizə, əslində isə Müsavat adına hörmət olaraq siz deyən formulu qəbul etdi, sizə söz gəlməsini istəmədi. Bəli, Erkinin bu səhvi də var, qınayıram!"

eee.PNG (380 KB)

Bundan sonra qarşılıqlı ittiham, iftira və ifşalar başlayıb.

Maraqlananlar hazırda da davam edən bu əyləncəli davanı seyr etmək üçün bu ünvana daxil ola bilərlər:

https://www.facebook.com/100000557981360/posts/4670979542930599/?d=n

 

Musavat.com

7be1ab3e-85e6-4039-8358-0901890d551a.jpg (132 KB)

6b14f9d7-e08e-4211-b71d-c166513ec489.jpg (134 KB)

fd1d7000-3689-4fc8-869b-5d5679627d8d.jpg (116 KB)

049362b5-92f0-408f-bbce-b79da3db59d7.jpg (101 KB)

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.