Jurnalist xanımı ilə birlikdə itkin düşüb - Nepalda
Rusiyanın “Mir” telekanalının əməkdaşı, 33 yaşlı fotoqraf Andrey Korıqin xanımı Yuliya Veçernina ilə birgə itkin düşüb. AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı “bloknot” saytı yayıb.
Məlumata görə, son dövrlər Nepalın paytaxı Katmandu şəhərində yaşayan cütlük Qazaxıstan vətəndaşı olan Yelena Şerpinin müşayiətilə təbiətin gözəlliklərini çəkmək üçün dağa çıxıb.
Son dəfə onlarla əlaqə aprelin 21-də yaradılıb. Zəlzələdən sonra isə əlaqə tamamilə kəsilib.
Hazırda xilasedicilər Lanqtanq dağ rayonunda Rusiya vətəndaşlarını və onlarla birgə gedən Yelenanı axtarırlar.
Qeyd edək ki, zəlzələ Everest dağında güclü torpaq sürüşməsi yaradıb. Nəticədə müxtəlif ölkələrdən olan 84 alpinist həlak olub.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.