banner
banner

Gündəm

Prezidentlər yenidən - Bakıda

Prezidentlər yenidən -

Aprelin 28-30-da Diasporla İş üzrə Dövlət Komitəsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu ilə əməkdaşlığı çərçivəsində Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumu keçiriləcək.
Tədbirə 55 ölkədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və Roma Klubunun üzvü olan sabiq ölkə və hökumət rəhbərləri, tanınmış ictimai və siyasi xadimlərdən ibarət 200-ə yaxın nümayəndənin dəvət olunması nəzərdə tutulur. Forumda dünyanın bir sıra nüfuzlu siyasi və dövlət xadimləri ilə yanaşı, bir neçə ölkənin hazırkı dövlət və hökumət başçılarının da iştirakı gözlənilir.
Forumda, Azərbaycan prezidenti İlham Əliyevlə yanaşı, Qırğızıstan prezidenti Almazbek Atambayev, Makedoniya prezidenti George İvanov, Bolqarıstan prezidenti Roşen Plevneliyev, eləcə də Andorranın baş naziri Antoni Marti, Maltanın Baş naziri Jozef Muskat, Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumciya da iştirak edəcək.

“Yeni dünya düzənində etimadın bərpa olunması” mövzusuna həsr olunan III Forumda nüfuzlu siyasi liderlər qloballaşmanın geniş vüsət aldığı bir dövrdə dünyanı narahat edən məsələlər - etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya və digər sahələrdə mövcud problemləri geniş müzakirə edəcək, onların aradan qaldırılması istiqamətində qarşıda duran mühüm vəzifələrlə bağlı fikir mübadiləsi aparacaqlar.

III Qlobal Açıq Cəmiyyətlər Forumuna hazırlıqla əlaqədar fevralın 19-da Brüsseldə keçiriləcək ikigünlük toplantıda da geniş müzakirələrin aparılması planlaşdırılır. Yüksək səviyyəli görüşdə Mərkəzin və Madrid Klubunun üzvü olan nüfuzlu siyasi liderlər – Vayra Vike Fraqberqa, İsmail Serageldin, Boris Tadiç, Viktor Yuşşenko, Emil Konstantinesku, Hikmət Çətin, Petar Stoyanov və başqaları iştirak edəcək. Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, NGBM-in İdarə Heyətinin üzvü Nazim İbrahimov da iştirak edəcək.

Qeyd olunub ki, Foruma hazırlıq məqsədilə 2014-cü ilin aprelin ayından etibarən Albaniya, Rumıniya, Bolqarıstan, Yunanıstan, Macarıstan, Yaponiya, Belçika, ABŞ, Andorra və digər ölkələrdə bir sıra yüksək səviyyəli görüşlər, toplantı və konfranslar keçirilib. Bu sırada Andorrada “Avropada etimadın bərpa olunması” mövzusunda təşkil edilmiş beynəlxalq konfrans xüsusi əhəmiyyət daşıyır. Həmin görüşdə regionda təhlükəsizlik məsələləri, dondurulmuş münaqişələr, o cümlədən Dağlıq Qarabağ, Abxaziya, Osetiya, Ukraynadakı böhranın müzakirəsinə xüsusi diqqət ayrılıb. Bundan başqa, Foruma hazırlıq çərçivəsində Madrid Klubuna üzv olan keçmiş dövlət və hökumət başçılarının, nüfuzlu ictimai və dövlət xadimlərinin Azərbaycan Respublikasına səfərləri təşkil olunub.
Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə 2013 və 2014-cü illərdə Bakıda I və II Qlobal Açıq Cəmiyyətlər Forumu keçirilib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.