Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində erməni hərbi qulluqçu Arsen Baqdasaryanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Proses zamanı cinayət işinə əlavə olunan sənədlərə baxış keçirilib. Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə bu dəfə zərərçəkənlərin ifadələri dinlənildi. Arsen Baqdasaryan əsir düşərkən hərbi deyil, mülki geyimdə olduğunu və özünü çoban Vazgen Qriqoryan kimi təqdim etdiyini dedi. Proses zamanı cinayət işinə əlavə olunan sənədlərlə də tanış olundu. Erməni kəşfiyyatçıda aşkar edilən 3 piyada əleyhinə minadan birinin tərkibindəki tratil çıxarılaraq, digər ikisinin isə partladılaraq zərərsizləşdirildiyi söylənildi. İclasda piyada əleyhinə “fuqas” tipli minanın Ermənistanda istehsal edildiyi açıqlandı. Faktı sənədlərlə tanışlıq zamanı Arsen Baqdasaryan da təsdiq etdi və minanın Kirovakan, hazırkı Vanadzor şəhərində yerləşən zavodda hazırlandığını bildirdi. Bu gün eyni zamanda məhkəmə prosesinin yekunlaşdığı elan olundu. Çıxış üçün söz dövlət ittihamçısına verilsə də, prokuror məhkəmədən vaxt istədi. Arsen Baqdasaryan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12 maddəsilə təqsirli bilinir və Gəncə Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Növbəti məhkəmə prosesinin may ayının 4-də keçiriləcəyi elan olunub.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.