banner
banner

Gündəm

Bizi öldürən- GMO

Bizi öldürən-

Avropa İttifaqı (Aİ) və Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı ilə aprelin 27-28-də Avropa İttifaqının TAİEX proqramı çərçivəsində “Genetik modifikasiya olunmuş məhsulların (GMO) hüquqi tənzimlənməsi və risklərin qiymətləndirilməsi” mövzusunda Beynəlxalq Seminar keçirilib.
Seminarın əsas məqsədi Azərbaycanda GMO məhsulları sahəsində hüquqi bazanın təkmilləşdirilməsi və Azərbaycan qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılması, ərzaq təhlükəsizliyinin və əhalinin sağlamlığının gücləndirilməsi istiqamətində təkliflərin verilməsidir.
AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva Azərbaycanda GMO məhsullarının idxalı, istehsalı və dövriyyəsinin qadağan edilməsi məsələlərinə toxunmuş, bununla bağlı son dövrlərdə Milli Məclisdə Cinayət və İnzibati Xətalar Məcəllələrinə yeni maddələrin əlavə olunmasının ciddi müzakirə olunduğunu bildirib.

Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov və Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə çıxış edərək bu məsələnin Azərbaycan ictimaiyyəti, eləcə də, dövlət idarəçiliyi üçün aktual problem olduğunu söyləyiblər.
Azad İstehlakçılar Birliyinin nümayəndəsi öz çıxışında Azərbaycanda GMO məhsullarının idxal və istehsalı (istifadə, satış, paylanma) haqqında danışıb.
İtaliyalı ekspert Ugo Marchesi isə Avropa İttifaqının aqro biotexnologiyaya yanaşması haqqında məlumat vermişdir. 

Sonra çıxış edən digər avropalı ekspert Roberta Onori geni dəyişdirilmiş qida məhsualları və yemin müəyyən olunması, eyni zamanda etiketlənməsi üzrə Avropa İttifaqının qaydalarını, həmçinin Avropa İttifaqının GMO üzrə risklərin qiymətləndirməsi üsullarını geniş izah edib.

Digər avropalı natiq Piet de Vildt Avropa İttifaqında GMO məhsullarının “xüsusi istifadə forması” və “düşünülmüş şəkildə yayılması” məsələləri və Hollandiyanın bu sahədə olan təcrübəsini seminar iştirakçılarının diqqətinə çatdırıb.
Müzakirələr zamanı Azərbaycanda genetik modifikasiya olunmuş məhsulların (GMO) bir sıra aspektləri ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçılar müzakirə olunan məsələ ilə bağlı təklif və mülahizələrini bildiriblər.

Tədbirdə xarici ekspertlərlə yanaşı Milli Məclisin deputatları, Ədliyyə Naziriliyi, Dövlət Gömrük Komitəsi, İqtisadiyyat və Sənaye Naziriyi, Kənd Təsərrüfatı Naziriliyi, Azad İstehlakçılar Birliyi və Bakı Dövlət Universitetinin, eləcə də digər nazirlik və komitələrin nümayəndələri, alimlər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Seminarın sonunda A.Mustafayeva tədbirin Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyini bir daha vurğulayıb, müzakirə olunan məsələlərin gələcəkdə ölkəmizdə bu sahədə mövcud qanunvericiliyin təkmilləşdirilməsinə töhfəsini verəcəyinə inamını ifadə edib.

Cia.az




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.