banner
banner

Gündəm

İctimai maraqlarla dövlət maraqları üst-üstə düşəndə... - Deputatdan və partiya liderindən mövqe

İctimai maraqlarla dövlət maraqları üst-üstə düşəndə...

Bəzən dövlət maraqları ilə ictimai maraqlar mövzusunda fikirlər toqquşur ki, bu da özlüyündə polemikalara meydan açır. Hər kəs öz fikrində qalır - ictimai maraq, yoxsa dövlət marağı prioritetdir? Azərbaycanda bu iki məfhumu birləşdirən qırılmaz bağlar mövcuddur. Çünki cəmiyyət və dövlətin bir-birindən ayrı, təcrid olunmuş şəkildə var olması qeyri-mümkündür. “Yeni Müsavat” bildirir ki, məhz bununla - cəmiyyət və dövlətin birliyindən ayrılmaz bir sistem yaranır. Bu sistemin olmadığı şəraitdə isə xoş gələcəkdən söhbət açmaq mümkün deyil.

Amma milli maraqlar bu gün, xüsusən Qarabağdakı qələbədən sonra mətbuatda hər şeydən üstün olmalıdır. Ölkəmizin təhlükəsizliyi, suverenliyi üçün ictimai-dövlət maraqları eynilik təşkil etməlidir. İctimai marağı təmin edən dövlətin maraqlarının qorunması qarşılıqlı olaraq, müxtəlif sahənin mütəxəssisləri üçün də prioritet hesab edilməlidir.

Məsələn, “cəmiyyətin güzgüsü” hesab edilən mətbuat nümayəndələri... Mətbuat milli maraqların müdafiəsində dövlətin və vətəndaşın müdafiəçisi rolunda çıxış etməlidir. Hazırda dünyada baş verənlərin fonunda, böyük güclərin maraqlarının kəsişdiyi bir vaxtda medianın fəaliyyəti dövlət maraqlarının müdafiəsini zəruri edir. Eləcə də dövlət maraqlarının müdafiəsi mənasında, dövlətçiliyə və onun təhlükəsizliyinə təhdid olan hallara yol verməməlidir.

Eyni zamanda ictimai təşkilatlar bu gün fəaliyyətində qənaətbəxş deyillər. Bu mənada bütün yük dövlətin üzərində qalır. İctimaiyyət bilməlidir ki, dövlət maraqları müdafiə olunmadan heç bir vaxt ictimai maraqlar qoruna bilməz. Məhz aparılan təbliğatın nəticəsidir ki, Azərbaycan xalqı, ictimaiyyəti mənəviyyata, mənəvi dəyərlərə, dövlətə, onun atributlarına, simvollarına böyük sayğı göstərir. Dövlətimizin maraqlarına zidd olan, onun təhlükəsizliyini pozmağa yönələn, müstəqilliyinə qəsd etmək istəyən qüvvələrə qarşı Azərbaycan xalqı, ictimaiyyəti hər zaman mübarizə aparıb, bundan sonra da aparacaq.

Yeri gəlmişkən, ictimai maraq anlayışının hüquqi bazasının formalaşdırılması üçün bir sıra qanunlar mövcuddur. “İctimai bilgilərə çatım haqqında” 01 yanvar 2005-ci il, “İnformasiya əldə etmək haqqında” 30 sentyabr 2005-ci il, “İctimai iştirakçılıq haqqında” 01 iyun 2014-cü il tarixində qəbul edilən qanunlar bu qəbildəndir.

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə “Yeni Müsavat”a bildirdi ki, əslində ictimai maraqlarla dövlət maraqları eyni anlayışlardır. Onun sözlərinə görə, sadəcə, bu anlayışlara ayrı-ayrı bucaq altında baxmaq lazımdır. A.Mirzəzadənin sözlərinə görə, dövlət cəmiyyətin maraqlarını müdafiə edən və təmsil edən strukturdur: “İctimai maraqlarla dövlət maraqlarını fərqləndirməzdim. Düzdür, ictimai maraqlar tez formalaşır, yenilikləri qısa zamanda özünə hopdurur, lakin növbəti mərhələdə dövlət maraqlarını qəbul edir”.

Fayl:Aydın Mirzəzadə 2014.jpg — Vikipediya

Aydın Mirzəzadə: “Təbii ki, cəmiyyət maraqlarını üstün tutanlar həmişə tapılacaq, amma...”

Deputat hesab edir ki, ictimai maraqların dövlət maraqlarına çevrilməsi üçün hər bir vətəndaşın sosial qayğısının nəzərə alınması vacibdir: “Bu istiqamətdə aparıcı şəxslər, eşidilən simalar üzərinə düşən vəzifəni, yəni vətəndaşlıq borcunu yerinə yetirirlər. Bu gün vacib məsələlərin müzakirəsi, sosial inkişafın təmin olunması istiqamətində fundamental iş aparılması nəticəsində dövlət və ictimai maraqlar üst-üstə düşür. Təbii ki, cəmiyyət maraqlarını üstün tutanlar həmişə tapılacaq. Amma bu gün Azərbaycanın gördüyü böyük işlər var. Ümummilli lider Heydər Əliyev tərəfindən dövlətin əsaslarının bünövrəsi qoyulub, işləyən və səmərəli dövlət modeli hazırlanıb. Ona görə cəmiyyətlə dövlət arasında sıx körpü var. Şübhəsiz ki, burada Prezident İlham Əliyevin fəaliyyətinin xüsusi rolu var. Ölkə başçısının vətəndaşlarla görüşləri, bölgələrə səfərləri, görülən işlərlə bağlı hesabatları mühüm əhəmiyyət kəsb edir”.

Arzuxan Əlizadə: Milli birlik ölkəmizin inkişafına təkan verən mühüm amildir

Arzuxan Əlizadə: “Dövlət yetkililəri qəbul etdikləri qərarları ictimai maraqlara uyğunlaşdırmalıdırlar”

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, dövlət xalqa xidmət edən strukturdur. Partiya sədri hesab edir ki, dövlət yetkililəri qəbul etdikləri qərarları ictimai münasibətlərə uyğunlaşdırmalıdırlar: “Bu qərarlar insanların rifah halına və cəmiyyətin maraqlarına uyğun olmalıdır. Bəzən görürük ki, qəbul edilən qərar ictimai rəyi əks etdirmir, əksinə, ictimai maraqları əhatə belə etmir. Bu da hüquqların pozulmasına istiqamətlənir. Bu zaman ictimai maraqlarla dövlət maraqları toqquşur”.

AMİP sədri, bununla belə, hesab edir ki, hər birimiz üçün ali və prioritet olan dövlətdir: “Təbii ki, dövlət hər şeydən üstündür və onun güclü olması, yaşaması hər birimizin maraqlarına xidmət edir. Amma dövlət də vətəndaşların maraqlarını nəzərə almalıdır. Bu zaman qərarlar ictimai fikrə uyğun, istəklərinə qarşı olmayan şəkildə verilməlidir”.

A.Əlizadənin sözlərinə görə, vətəndaş dövlətə, dövlət vətəndaşa xidmət göstərir. Onun fikrincə, bu mənada maraqlar bir-birini tamamlamalıdır.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

İran xarici hərbi qüvvələrin Xəzər ətrafına gəlməsinə qarşıdır

Cia.az xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Xəzər ətrafında üçüncü ölkələrin öz hərbi təsirini gücləndirməli olmamalarını bəyan edib. Onun sözlərinə görə, bu region ölkələrinin maraqlarına uyğun deyil. İran XİN-in verdiyi məlummata görə,

Talıbovlar yenidən meydan oxuyur: Naxçıvanda nə baş verir?

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya daxil olan məlumata görə, Ali Məclisin sabiq rəhbəri Vasif Talıbovun böyük oğlu Rza Talıbov əvvəlcədən razılaşdırmadan Prezidentin xüsusi nümayəndəsi Fuad Nəcəfli ilə görüşmək istəyib. Rza Talıbovun avtomobilinin Ali Məclisin həyətinə, özünün isə binaya buraxılması çaşqınlıq yaradıb. Buna görə hətta mühafizə polisinin əməkdaşlarına töhmət verildiyi deyilir.

Kamran Əliyev tutduğu vəzifədən azad edildi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi polis polkovniki Kamran Əliyev təqaüdə göndərilib.

Parkinq sabotajı: Məmurların pul qazanmaq ehtirası, yoxsa...

Azərbaycan Dəmir Yolları ASC-nin sürücülərin rahatlığı üçün yaratdığı parkinq xidmətinin qiyməti şok effekti yaradıb. Onsuz da şəhərdə parkinq qiymətləri kifayət qədər yüksək idi və sürücülər buna etiraz edirdilər. Lakin ADY rəhbərliyinin parkinq xidməti üçün təyin etdiyi qiymət səbir kasasını doldurdu.

“Azərbaycanda varlıların işğal etdikləri torpaqlar var”: Komitə sədrindən AÇIQLAMA - FOTO

Azərbaycanın bəzi rayonlarında min hektarlarla əkinəyararlı torpaq sahələri, örüş yerləri hasarlanıb və illərdir toxunulmaz ərazilər kimi imkanlı şəxslərin, o cümlədən məmurların mülkiyyətində saxlanılır. Hətta dövlət başçısı da zamanında əkinəyararlı torpaqların imkanlı şəxslər tərəfindən zəbt edilməsinə diqqət çəkmişdi.

SON DƏQİQƏ! XİN məlumat yaydı

Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dən bu formada qeyd-şərtsiz dəstək almayıb.

Azərbaycanın quru sərhədləri açılmayacaq

“Rusiyada baş verən son terror aktı da göstərdi ki, yalnız daxilə fokuslanmaq olmaz və bütövlükdə təhlükəsizlik mühiti xarici təhdidlərlə uzlaşdırılmış şəkildə qiymətləndirilməlidir”.