Türkiyə baş nazirinin müavini, hökumət sözçüsü və parlamentin sabiq spikeri Bülənd Arınc nazirlər kabinetinin son iclasından sonra baş nazirlik müxbirləri ilə vidalaşıb. Cia.az-ın məlumatına görə, haskim Ədalət və İnkişaf Partiyasından (AKP) millət vəkili olan və AKP-nin daxili nizamnaməsinə görə, bu il namizəd ola bilməyəcək Arınc vəzifəsini layiqli şəkildə yerinə yetirməyə çalışdığını deyib. “Son 4.5 ildir hökumət sözçüsüyəm. Bu vəzifəmi layiqli şəkildə, əskiyiylə, səhvləri ilə, artıqlamasıyla yerinə yetirməyə çalışdım. Hər halda bir daha qarşılaşmayacağıq. Nazirlər kabinetinin son iclası olduğundan, mənim də aktiv siyasi həyatın iyunun 7-də başa çatacağından yeni hökumət sözçümüz hər halda çox dəyərli bir qardaşımız olacaq. Baş nazirliyin müxbirləri dediyimiz siz dəyərli dostlarımdan həm halallıq istəyirəm, həm də sizə böyük uğurlar arzulayıram. Allaha əmanət olun”. Bülənd Arınc mətbuat konfransından sonra jurnalistlərlə şəkil çəkdirib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.