banner
banner

Dünya

Qırğızıstanın sabiq baş naziri həbs edilib

Qırğızıstanın sabiq baş naziri həbs edilib

Qırğızıstanın sabiq baş naziri Temir Sarıyev Kumtor layihəsi üzrə cinayət işi ilə bağlı həbs olunub.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə paytaxt Bişkekin rayon məhkəməsi məlumat yayıb.

Hökmə əsasən onun barəsində məhkəməyə qədər həbs qətimkan tədbiri seçilib. Sarıyev sentyabrın 30-dək həbsdə qalacaq.

Temir Sarıyev 2016-cı ilin 11 aprelində vəzifəsindən istefa verib. O, 2015-ci ötən il mayın 2-dən Nazirlər Kabinetinə başçılıq edib.

Baş nazirin istefasına səbəb kimi avtomobil yollarının yenidən qurulması ilə bağlı elan olunan tenderdə yaranan narazılıq olub. Nəqliyyat və kommunikasiya naziri bu məsələdə baş nazirin ətrafını ittiham edib.

Daha əvvəl keçmiş prezidenti Əsgər Akayev Bişkekə gətirilib.

O, bir müddət əvvəl Kumtor mədəni ilə bağlı razılaşmanı imzalamaqda ittiham olunurdu. Bu müqavilənin imzalanması satqınlıq adlandırılır. Kumtor qızıl mədəni Kanada şirkətinə məxsusdur.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.