banner
banner

Sosİal

Beş günlük təlimlər başa çatdı

Beş günlük təlimlər başa çatdı

"Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu"nun maliyyə dəstəyi ilə "Uşaq və Yeniyetmələrə Dəstək" İB-nin "Qardaş regionların vətənpərvər şagirdlərinin dünya azərbaycanlılarına töhfəsi" layihəsi çərçivəsində Lerik, Zaqatala və Qusar rayonunun məktəbliləri ilə 5 gün müddətində keçirilən təlimlər uğurla başa çatıb. 

ANS PRESS-in məlumatına görə, hər regiondan minimum 90 nəfər 9-10-11-ci sinif şagirdlərinə beş gün müddətində keçirilən "Vətənim Azərbaycan", "Qarabağ həqiqətləri", "Daxili keyfiyyətlər və İctimai davranış", "Sağlam düşüncə və Faydalı vətəndaş"," Ailə, xalq, dövlət rəmzləri və mülkiyyətinə sədaqət hissi" adlı təlimlər şagirdlərdə müsbət yanaşmanın formalaşmasına, onların ailə, cəmiyyət və dövlət üçün faydalı vətəndaş və vətənpərvər gənc kimi yetişməsinə təsir göstərib. 

Müxtəlif milli azlıqların məskunlaşdığı regionlarda həyata keçirilən layihənin məqsədi həmin regionların yeniyetmə və gəncləri arasında qardaşlıq münasibətləri qurub ictimai vətənpərvər fəaliyyətə cəlb edərək Azərbaycan tarixi, coğrafiyası, mədəniyyəti, Dağlıq Qarabağ həqiqətləri və s. kimi sahədə biliklərini əsaslı şəkildə möhkəmləndirib və xüsusən də onlarda əzmkarlıq, birlik, millətinə, dövlət mülkiyyətinə, rəmzlərinə və azərbaycançılıq ənənələrinə sədaqət hissini, daxili-mənəvi keyfiyyətlərini artırıb dünya azərbaycanlılarına töhfə verməsidir. 

14.04.2015-ci il tarixindən layihənin növbəti, müsabiqə mərhələsinə start verilib. Şagirdlər layihə çərçivəsində yaradılan səhifədə Azərbaycanın tarixi, mədəniyyəti, coğrafi mövqeyi, adət-ənənələri, dahi şəxsiyyətləri və digər faydalı məlumatları haqqında müxtəlif maarifləndirici paylaşımlar edərək 40 gün müddətində müsabiqəyə qatılıblar. 

Ən fəal və xüsusi ilə faydalı məlumatlar paylaşan şagird müsabiqənin qalibi elan olunacaq. Qalib gəlmiş şagirdin sakini olduğu regiona bir daha səfər edərək qalib həvəsləndirici diplom və kubokla təltif olunacaq. Səhifənin daha da səmərəli və faydalı məlumatlarla dolğun olması, həmçinin qalibi müəyyən etmək üçün xüsusi Müsabiqə komissiyası yaradılıb. 

Müsabiqə komissiyası aşağıdakı tərkibdən ibarətdir:

Komissiyasının sədri- Abdulov Fərhad Oktay oğlu, Uşaq və Yeniyetmələrə Dəstək İB-nin təsisçi və sədri, Layihə rəhbəri 

Üzvlər: 

1. Quliyev Əzizağa Kişibala oğlu. Saatlı rayon Heydər Əliyev Mərkəzinin direktoru 
2. Səfərova Vüsalə Ələddin qızı. Gəncə şəhəri İ.Məmmədov adına 27 saylı məktəb-liseyin Tərbiyə işləri üzrə direktor müavini, Tarix müəllimi 
3.Behbudlu Mürsəl Bayram oğlu. Azərbaycan Müəllimlər institutu-filologiya. Xocavənd 4 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi 
4.Bayramova Aygün Nofəl qızı. Bakı Dövlət Universiteti. Tarix fakültəsi. Antropologiya ixtisası 
5. Quliyeva Səbinə Nazim qızı. Baki Slavyan Universiteti. Beynəlxalq münasibətlər və Regionşünaslıq fakultəsi. Beynəlxalq münasibətlər ixtisasi. 
6. Ağayeva Reyhanə Arif qızı. Bakı Dövlət Universiteti. Filologiya fakultəsi. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.