“The Washington Post”: “Kabul cəmi 90 günə süqut edəcək”
ABŞ prezidenti Co Baydenin administrasiyası düşünür ki, Əfqanıstanın paytaxtı Kabul verilən proqnozlardan daha tez bir müddətdə "Taliban"a təslim olacaq.
Bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.
Qeyd etmək lazımdır ki, bundan öncə hərbi kəşfiyyat bu müddəti 12 ay olaraq hesablamışdı.
İndi isə Əfqanıstan paytaxtının cəmi 90 gün ərzində radikal dini təşkilatın nəzarətinə keçəcəyindən danışılır. Başqa analitik hesablamarda situasiyanın daha dəhşətli olduğu göstərilir və hətta 1 aylıq vaxtdan danışılır.
“Hər şey tam bərbad yöndə irəliləyir”,-deyə hərbi kəşfiyyatın yüksək rütbli mənsublarından biri qəzetlə müsahibəsində bildirib. Artıq son xəbərlərə görə, “Taliban” 7 vilayəti tam olaraq işğal edib, hökumət qüvvələrinin isə buna müqavimət gücü yoxdur.
Hər şeyə rəğmən prezident Bayden ABŞ ordusunu Əfqanıstandan çıxarmaq qərarının müzakirəyə açıq olmadığını və 20 illik kampaniyanı bitirməkdən peşmançılıq duymadığını dilə gətirib.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.