banner
banner

Gündəm

Böyükkişi Heydərli vəfat etdi

Böyükkişi Heydərli vəfat etdi
Şair-jurnalist Böyükkişi Heydərli vəfat edib. 
Mərhumun yaxınlarından mediaya verilən xəbərə görə, uzun zamandan bəri ağır xəstəlikdən əziyyət çəkən həmkarımız bu gün səhər dünyasını dəyişib.  
Böyükkişi Heydərli 1951-ci ilin aprel ayında Cəbrayıl rayonunun Horovlu kəndində anadan olub. 
Onun şeirləri "Ulduz" və "Azərbaycan" jurnallarında dərc olunub. 
B.Heydərli 1992-ci ilin may ayından etibarən "Yeni Müsavat" qəzetində redaktor, şöbə müdiri vəzifələrində işləyib. 1993-cü ildə "Dünya" jurnalının redaktoru olub.
Vaxtilə qəzetimizdə "Yazıçı Qor" təxəllüsü ilə köşə yazıları yazan jurnalist 2008-ci ilə qədər "Yeni Müsavat"la əməkdaşlıq edib və bir sıra maraqlı yazıların müəllifi olub. Şairin 2001-ci ildə "Səmasız buludlar" adlı şeirlər kitabı işıq üzü görüb.
Allah rəhmət eləsin!
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.