C vitamini ilə zəngin olan limon düzgün istifadə edildikdə həm saçlara, həm də saç köklərinə olduqca faydalı təbii vasitədir.
Axşam.az limonun saça faydaları, zərərləri və saçınızı bərpa edəcək maskanı təqdim edir.
Limonun saç üçün faydaları
- Limonun tərkibində bol miqdarda C vitamini, kalsium, maqnezium, kalium, mis, folik turşusu və lif var. Tərkibindəki vitamin və minerallar sayəsində saçları gücləndirir və saç tellərini qalınlaşdırır.
- Limonun saç üçün digər ən böyük faydası isə kəpəyi yox etməsidir. Təkcə kəpəyi deyil, həm də baş dərisini təmizləyir və saç köklərində tıxanmaları aradan qaldırır.
- Limon saçları qidalandırır və yağlanmasını gecikdirir. Saçınıza müntəzəm limon suyu sürtdüyünüzdə qaşınma problemlərindən də qurtula bilərsiniz.
- Limonun tərkibindəki limon turşusu sayəsində saç rənginin tonunu təbii olaraq açılmasına yardımçı olur. Saçınıza limon sürtüb bir müddət günəşdə altında gözləsəz, rəngin getdikcə daha açıq olduğunu görə bilərsiniz.
Limonun saç üçün zərərləri nələrdir?
Tərkibindəki yüksək turşuluq səbəbindən limon saç köklərinə zərər vura, quruda və çox istifadə olunarsa eyni zamanda köklərdə qıcıqlanma yarada bilər. Bu səbəbdən mütəxəssislər limondan qədərində və düzgün istifadəni tövsiyə edir.
Limon maskası
Tərkibi:
2 xörək qaşığı bal
1 xörək qaşığı limon suyu
2 çay qaşığı zeytun yağı
4 damcı rozmarin ekstraktı
Bir qaba töküb qatılaşana qədər qarışdırın. Daha sonra masaj edərək saç diblərinə çəkin. 20 dəqiqə gözlədikdən sonra saçlarınızı sulfatsız şampunla yuyun.
Astrologiya və numerologiyaya görə doğum ayı insanın xarakteri, davranışları və həyat situasiyalarına reaksiyası haqqında müəyyən təsəvvür yarada bilər. Bəzi insanların isə təbiətən daha sakit, balanslı və konfliktlərdən uzaq olduğu düşünülür.
Ailə ziyafətləri və bayram süfrələri üçün salat hazırlayarkən bərk qaynadılmış yumurtaların qabığının çətin soyulması və ağından hissə-hissə qopması bir çox aşpazın qarşılaşdığı ən böyük problemlərdən biridir.
Boston Universitetinin alimləri müəyyən ediblər ki, qocalmış hüceyrələri məhv edən ABT-263 preparatı yaşlı orqanizmlərdə dərinin zədələnmiş nahiyələrinin daha tez sağalmasını sürətləndirə bilər.
Gündəlik gigiyena qaydası hesab etdiyimiz vərdiş əslində eşitmə qabiliyyətini tamamilə itirməyə səbəb ola bilər. Mütəxəssislər illərdir doğru bildiyimiz bu metodun təhlükələrini açıqlayıb.
Yağlı saçlar bir çox insanın ortaq problemidir və çox vaxt yanlış qulluq vərdişlərindən qaynaqlanır. Saçın tez yağlanması həm estetik görünüşə xələl gətirir, həm də saç diblərinin havasız qalmasına səbəb olur.