Çernobıl yaxınlığında meşə yanğını ilə əlaqədar Ukrayna daxili işlər naziri Arsen Avakov Milli Qvardiyanı həyəcan siqnalı ilə ayağa qaldırıb. Cia.az-ın məlumatına görə, bu haqda Avakov Facebook səhifəsində bildirib. Bundan başqa Avakov qeyd edib ki, yanğının Çernobıl Atom Elektrostansiyasına getdikcə yaxınlaşması vəziyyəti daha kəskinləşdirib. Ukrayna hökuməti ehtiyat edir ki, ölkədə ikinci Çernobıl faciəsi yaşana bilər. Qeyd edək ki, bundan əvvəl Ukrayna Fövqəlada Hallar üzrə Dövlət xidmətinin rəhbəri Zoryan Şkiryak ölkədə güclü yanğınların baş verməsi haqqında açıqlama vermişdi.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.