Türkiyə baş naziri Əhməd Davudoğlu Rizedə keçirilən seçki mitinqində müxalifətin ittihamlarına cavab verib. Prezident Rəcəb Tayyib Ərdoğanla döyüş yoldaşı olduğunu deyən Türkiyə baş naziri CHP lideri Kamal Kılıçdaroğluya belə bir sual ünvanlayıb: "Sənin uğurun hanı? Prezidentimiz CHP-nin xaraba qoyduğu İstanbulu ən inkişaf etmiş şəhərə çevirdi. Bax, buna uğur deyərlər. Özünə uğur hekayəsi deyir, ancaq, nərdivana tərs çıxır. Nərdivana tərs çıxan adam milləti doğru yolla apara bilərmi?" Onun sözlərinə görə, Ərdoğanla birlikdə ölümlə təhdid olunublar: "Bizə Allah və Millətimiz yeter. Prezidentimiz və məni ölümlə təhdid etdilər. Bizi tanımamışdılar. Biz anadan olandan ölümə təslim olmuşuq". Davudoğlu daha sonra Fətullah Gülənin yaratdığı şəbəkədən danışıb "Millətin iradəsini üç-beş belə şəbəkəyə təslim etmərik. HDP, CHP çıxsın "paralelçi"lərlə nə plan edir, açıqlasınlar. "HDP"-in parlamentə keçməsi üçün CHP də çalışır. Türk BƏƏS-çiləri (Səddam Hüseyn dönəmində İraqın hakim partiyası - red) isə kürd BƏƏS-çilər artıq bir aradadır".
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.