Jurnalistlər binasının tikintisində rol alan “ Verso-M” tikinti şirkətinin sahibi, milyonçu, tikinti maqnatı Mehrac Babayevin ismi cinayət yolu ilə əldə edilmiş pul vasitələrinin leqallaşdırılmasında və digər qanunsuz əməllər törətməkdə əməkdaşları ilə birgə hallanır. Baş prokurorluğun yaydığı rəsmi məlumata görə Babayev Vüqar Səfərli və digərləri ilə əlbir olaraq külli miqdarda pul vəsaiti mənimsəyiblər. Məlumdur ki, Vüqar Səfərli yediyi pulları təkbaşına həzm edə bilməzdi. Mütləq əməli-saleh KİVDF rəhbərinin qarın dostları olub. “Jurnalistlərin binası” məsələsində milyonçu Babayev də nəyi var ilişib. Oliqarx Mehrac Babayevin adı gündəmi zəbt etməkdə davam edir. Mehrac Babayevin iş birliyi qurduğu şəxslərə qarşı ittiham irəli sürülüb, həbs edilsə də, keçmiş cəbhəçi yaxasını ittihamdan kənara çəkməyi bacarıb. Mehrac müəllim faktiki olaraq jurnalistlər binasının kefiyyətsiz materiallarla olduqca şişirdilmiş qiymətlərlə tikintisinə yol açıb. M. Babayev qeyri-rəsmi olaraq prezident İlham Əliyevin sərəncamı ilə “jurnalistlərin binası” nı tikən şəxs olub. Niyə qeyri-rəsmi?? Tikinti şirkətinin sahibi , böyük tikinti layihələrinin icraçısı, deyilənə görə, Rusiyada yaşayan soydaşlarımıza daim dəstək verən, Rusiyada diaspor fəaliyyətindən kənar qalmayan Mehrac Babayevi qanunsuzluğa qardaş, milyonların mənimsənilməsinə yoldaş olmağa nə vadar edib? Rusiyada mülkləri, villaları olan Babayev KİDF- nin üzvü olub. Məlumata görə, Vüqar Səfərli ilə Mehrac Babayev arasında razılaşma əldə olunub. Razılaşmaya əsasən, Xaricdən ucuz qiymətə gətirilən tikinti materialları dəfələrlə baha qiymətə sənədləşdirilib, qazanılan məbləğ ortaqlar arasında bölünəcək. Jurnalistlərin binasının tikintisində tez alışan materiallardan istifadə olunub. Lakin Tikinti şirkəti olaraq təkcə Babayev deyil, digər tikinti şirkətləri də iştirak edib. Dəfələrlə tikinti aparılan əraziyə baş çəkən milyonçu işin gedişatı ilə maraqlanıb. Mənzillər təhvil verildikdən sonra jurnalistlər dövlət vəsaitlərinin necə amansızlıqla talan olmasının şahidi oldular. Mənzillər keyfiyyətsiz tikinti materialları ilə təmir edilmiş, Döşəmələr betonun üzərinə düzülmüş, ucuz laminatdan istifadə olunmuşdur.Sonradan məlum olub ki, Vüqar Səfərli tikinti zamanı Çinə səfər edib, keyfiyyətsiz ucuz materialların Azərbaycana gətirilməsini təşkil edib. Vüqar Səfərli 14 yanvar 2021- ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə”, cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma, “ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə”, “satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə” və “vəzifə saxtakarlığı” maddələrinə əsasən, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Səfərli ilə iş birliyinə imza atmış M. Babayev isə məhkəmədən yayınmağı bacarıb.
Cia.az


