banner
banner

Dünya

Manyakın qadınlara hücum anının görüntüləri yayılıb – VİDEO

Manyakın qadınlara hücum anının görüntüləri yayılıb – VİDEO

Rusiya paytaxtında manyakın qadınlara hücumu ilə bağlı görüntülər yayılıb.

Kadrları “112” “Telegram” kanalı təqdim edib.

Videoda onun son cəhdlərindən biri əks olunub: Kişi arxadan gənc qadına yaxınlaşaraq paketdən hazırlanmış ipi onun boğazına dolayır və boğmağa çalışır. Lakin xoşbəxtlikdən yoldan keçən başqa biri qadının köməyinə gəlir.

Məlumata görə, manyak bundan əvvəl də dəfələrlə bu yöndə hücumlar həyata keçirib. Hətta bu hücumlar arasında təcavüzə cəhd də var. Yerli polis idarəsində 18 şikayət qeydə alınıb.

Artıq manyak saxlanılıb. Onun barəsində cinayət işi açılıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.