ABŞ “Taliban” hərəkatı ilə hər gün hərbi və siyasi kanallar vasitəsilə danışıqlar aparır.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Ceyk Sallivan deyib. “Hər gün siyasi kanallar və təhlükəsizlik qüvvələri vasitəsi ilə “Taliban”la danışıqlar aparırıq. Geniş mövzuları əhatə edən bu müzakirələrin qorunması üçün təfərrüatlara getmək istəməzdim”, - deyə Sallivan Ağ Evdəki brifinqdə bildirib.
O, əmin olduğunu bildirib ki, Birləşmiş Ştatlar amerikalıların, onların yerli sakinlərdən olan müttəfiqlərinin və üçüncü ölkə vətəndaşlarının 31 avqusta qədər təxliyəsini başa çatdırmaq imkanına malik
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.