banner
banner

Gündəm

Deputatdan bədbin proqnoz: Payızda yoluxma indikindən dəfələrlə yüksək olacaq

Deputatdan bədbin proqnoz:

Azərbaycan səhiyyəsi ötən il yoluxmada 5000 rəqəmlərinə belə hazırlıqlı olduğunu göstərdi. Amma indi yay aylarında 4000 minə çatan rəqəmlər payızda ehtimal olunan rəqəmlərin qat-qat yüksək olmasından xəbər verir.

Bunu ARB24-ün gündəm verilişinə açıqlamasında deputat Rəşad Mahmudov deyib. O bildirib ki, peyvəndlənmə prosesinin sürətlə aparılması lazımdır:
“Peyvəndlər böyük dalğalar və yoluxma zamanı insanların səhhətinin daha çox ağırlaşmasının qarşısının alınmasında bizə dəstəkçidir. Həmçinin peyvənd reanimasiyaya düşmə faizinin azaltmaqla yanaşı, həm də peyvənd vurdurmayanlarla müqayisədə ölüm hallarından çox böyük fərq yaradacaq şəkildə qoruya bilmə gücünə sahibdir. Ötən il yoluxma 500 olanda tam qapanmalara gedilirdi. Bu gün isə peyvəndin sayəsində ondan dəfələrlə yüksək rəqəmlər qarşısında sərt qapanmalara gedilmir. Bu da peyvəndin bizə vermiş olduğu gücdür. Pandemiya ilə mübarizədə ən az itkilərə səbəb olmaq üçün hər birimizin üzərinə məsuliyyət düşür. Bu gün müzakirəsiz şəkildə peyvəndlənmənin sürətlə aparılması və payız aylarına cəmiyyətin 60 faizindən çoxunun hazır olması gələcəkdə ola biləcək təhlükəli dalğalar qarşısında dövlətlərin və səhiyyə sisteminin daha sağlam mübarizə aparmasına imkan yaradır”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.