banner
banner

Gündəm

Avropadan “Şimal Axını-2”yə böyük zərbə - Məhkəmə son qərarını açıqladı

Avropadan “Şimal Axını-2”yə böyük zərbə

Avropa Məhkəməsi Rusiyanın əsas layihəsi olan “Şimal Axını-2” ilə bağlı mühüm qərar qəbul edib. Bloomberg agentliyinin yaydığı məlumata görə, məhkəmə Ukraynadan kənar ərazidən Avropaya qaz nəql edəcək “Şimal Axını-2” qaz kəmərinin Avropa Birliyinin qaz təchizatı ilə bağlı direktivlərinə edilən son dəyişikliklərin təsir dairəsindən kənarda qalmasına dair iddianı qəti olaraq rədd edib. Bu isə o deməkdir ki, yalnız “Şimal Axını-2” deyil, artıq fəaliyyətdə olan “Şimal Axını-1” kəməri də yeni direktivlərə uyğunlaşdırılacaq.

2019-cu ilin 23 mayında Avropa Birliyinin qaz direktivlərinə edilən dəyişikliyə əsasən qitəyə qaz nəql edən kəmərlər qazı istehsal edən şirkətlərə məxsus ola bilməz. Bundan əlavə, hər bir kəmərin azı 10 faiz nəql gücü üçüncü şəxslər üçün ayrılmalıdır. “Şimal Axını-1” və “Şimal Axını-2”nin sahibi Nord Stream AG şirkəti kəmərlərdən birinin artıq fəaliyyətə başladığını, digərinin isə fiziki tikintisinin 80 faizə yaxının başa çatdığını əsas gərimətlə 2019-cu ilin dekabrında məhkəməyə müraciət edərək, Avropa Birliyinin direktivlərindəki yeni tələblərin onlara şamil olunmaması barədə iddia qaldırmışdı. İki ilə yaxın çəkən məhkəmə prosesi bu gün şirkətin məğlubiyyəti ilə sonuclanıb.

Qeyd edək ki, qəbul olunan məhkəməq qərarı o deməkdir ki, “Qazprom” şirkəti hər iki kəmərin dolayı yolla da olsa, sahibi ola bilməyəcək. Yəni şirkət 10 milyardlarla dollar vəsait sərf etdiyi kəmərlərin idarəçiliyindən tamamilə kənarlaşmalıdır. Eyni zamanda kəməri idarə edənlər onun ötürücülük gücünün minimum 10 faiz həcmini başqa qaz istehsalçılarına verməlidilər.

Son illərdə ABŞ-ın “Şimal Axını-2” kəmərinin istismara verilməsinin qarşısını almaq üçün atdığı addımlardan sonra Avropa Məhkəməsinin bu qərarı Rusiyanı çox çətin duruma salacaq. Belə ki, Ukraynanı cəzalandırmaq üçün onun ərazisindən qaz nəqlini dayandırmaq istəyən Moskva böyük xərc hesabına çəkdiyi iki kəmər üzərində nəzarəti de-yure itirmiş olacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.