banner
banner

Gündəm

QHT nümayəndələri Prezidentə müraciət etsinlər – Məşhur QHT rəhbərindən təklif

QHT nümayəndələri Prezidentə müraciət etsinlər

Azərbaycanda QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyə dəyişikliklərin hazırlanması xəbərləri vətəndaş cəmiyyəti nümayəndələri arasında geniş müzakirə olunur. Bir çox vətəndaş cəmiyyəti nümayəndələri ölkədə QHT-lərin normal fəaliyyətinə imkan verməyən müddəaların qanunvericilikdən çıxarılması üçün təkliflər hazırlayaraq hökumətə təqdim ediblər.

Tanınmış QHT nümayəndəsi, Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabir Bağırovun Musavat.com-a dediyinə görə, Azərbaycanda vətəndaş cəmiyyətinin problemləri hər kəsə məlumdur: “Son bir neçə ildə QHT sektorunun fəaliyyətini tənzimləyən qanunvericilikdə ciddi dəyişikliklərin olacağı barədə söhbətlər getsə də, hələ ki vəziyyət 2014-cü ildə formalaşdığı kimi qalır. Arzu edilən dəyişikliklərin nədən ibarət olması dəfələrlə ictimai müzakirələrdən keçib və aidiyyəti orqanlara təqdim edilib. Bu təkliflərə dair nə zaman qərarlar qəbul ediləcək, demək çətindir. Lakin onu da qeyd etmək lazımdır ki, bir il – ilyarım olan situasiya ilə müqaisədə bəzi yeni məqamlar var ki, ümidləri artırmaqdadır. Bunlar nədən ibarətdir: 1) 2013-2014 cü illərdə QHT sektorunu fəaliyyətini məhdudlaşdırmaq təkliflərini ölkə başçısına israrla təqdim edənlər həm Prezident Administrasiyasında, həm də təhlükəsizlik orqanlarında bu gün yoxdurlar; 2) Prezident Administrasiyasına həmin vəzifələrə təyin edilən yeni insanlar müəyyən ümidlər doğurur; 3) Yeni yaradılmış QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasına və Agentliyin rəhbəri vəzifəsinə təyin edilmiş insanlar təcrübəli və problemləri yaxşı bilən insanlardır. Bu amillər müəyyən ümidlər yaradır. İndi qalır ki, ölkə başçısına müvafiq məruzə hazırlanıb təqdim edilsin. Bu nə vaxt ediləcək? Prezidentin münasibəti necə olacaq? Demək çətindir”.

S.Bağırovun fikrincə, vətəndaş cəmiyyəti nümayəndələri ölkə Pezidentinə müraciət etməlidilər: “Düşünürəm ki, QHT sektoru təmsilçilərinin Prezidentə müraciət etmələri də yerinə düşər. Belə bir müraciətə məmnuniyyətlə imza atmağa hazıram. QHT sektorunun fəaliyyəti üçün mühitin yaxşılaşması ictimai nəzarətin güclənməsi, ictimai və sosial problemlərin həllinə dair yeni kreativ ideyaların yaranması, icra strukturlarının sosial, ekoloji və digər sahələrdə üzərlərində olan yükün azalmasına xidmət edəcək. Məqsəd isə ölkəmizin inkişafı və xalqımızın rifahının yüksəldilməsidir”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.