Ramin Bayramlının sotu 70 min manatdan torpaq sahəsi alması sosial şəbəkələrdə gündəmə çevrilib. Dörd sot torpağın ümumi məbləği 280000 manat civarındadır. Bu qədər pul TƏBİB sədrində görəsən, haradandır? Vəzifəni icra etməyə başladığı iki il deyil. Xatırladaq ki, Ramin müəllim hazırkı vəzifəsini 2 dekabr 2019- cu ildən icra etməyə başlayıb. Az müddətdə torpağı alıb, tikintini başlayan müəllimin görünür, vəziyyəti heç də pis deyil. Torpaq sahəsində artıq villanın tikintisinə start verən Bayramlının yığdığı pullar 280 minlə qurtarmır. Büdcəsi bərəkətli olan Ramin müəllimin yığdığı pullar villanın tikintisi, təmiri üçün də yetərlidir. Müəllimin villası məmur sarayladından heç də geridə qalmır. Kral saraylarını xatırladan villa Bayramlının xəzinəsinin bir hissəsi hesabına ərsəyə gəldiyini düşünmək olar. İnternet resurslarında verilən məlumata görə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri pandemiyadan külli miqdarda qazanc əldə edib. “Referans” klinikasının da ona məxsus olması barədə ciddi iddialar var. İddiaların doğru olduğuna inansaq, Təbib sədri 2 ildə qaz vurub, qazan doldurub. Məlumata görə, Ramin Bayramlının Badamdardakı qonşuları mərhum müdafiə sənayesi naziri Yavər Camalov və Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevdir.Qeyd edək ki, qonşuları da Ramin Bayramlının gələcək yurd yerinə tez- tez baş çəkdiyini, tikinti ilə maraqlandığınıı qeyd ediblər.
Əvvəl məscidin içi , sonra çölü
Bayramlı da digər məmurlar kimi ilk özünə gün ağladı. Əvvəl məscidin içi , sonra çölü məsəlinə riayət edən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri həyat şəraitini maksimallaşdırmaq üçün dəridən qabıqdan çıxır.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.