banner
banner

Gündəm

Belçika əsgərləri Bakıdan keçir

Belçika əsgərləri Bakıdan keçir

"NATO çərçivəsində Əfqanıstanda Belçika və Azərbaycan arasında faydalı əməkdaşlıq qurulub. Belçika əsgərləri Azərbaycanın hava limanından istifadə edərək Əfqanıstana keçirlər. Azərbaycan bütün imkanlardan istifadə edərək, Belçika əsgərlərinin Əfqanıstana keçərkən və ya qayıdarkən rahatlığını təmin etməyə çalışır."
Cia.az xəbər verir ki, bu, xarici işlər naziri Elmar Məmmədyarov ilə Bakıda səfərdə olan Avropa Şurası Nazirlər Kabinetinin sədri, Belçika Krallığının baş nazirinin müavini, xarici işlər, xarici ticarət və inkişafa yardım naziri Didiye Reyndersin birgə mətbuat konfransında bildirilib.
D.Reynders deyib ki, Belçika şirkətləri Azərbaycan ilə enerji sahəsində əməkdaşlıqda çox maraqlıdır. Cənubi Qaz Dəhlizi ilə bağlı bəzi şirkətlər hazırda danışıqlar mərhələsindədir. Hazırda Belçikanı təmsil edən 60-dan çox şirkətin Azərbaycanda olması çox böyük önəm kəsb edir və bu şirkətlərin bəziləri ölkəmizdə fəaliyyət göstərir. 
Məlumat verilib ki, humanitar sahədə əməkdaşlıq baxımından hər iki ölkədə müxtəlif mədəniyyət tədbirləri keçirilib. Belçikanı təmsil edəcək 160 idmançı Azərbaycanda keçiriləcək Birinci Avropa oyunlarında iştirak edəcək.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.