Müğənni Talıb Tale Azərbaycana buraxılmayıb. Gürcüstanda istirahətdə olan Talıb Tale COVİD-19 pasportuna görə ölkəmizə buraxılmayıb: "Tbilisidəyəm, əslində indi Bakıda olmalı idik. Amma doğru bildiyimiz yanlış ucbatından Bakıya gələ bilmədik. Bir neçə gün öncə Gürcüstan vasitəsi ilə xaricə səfər etdik. COVİD pasportu ilə başqa ölkəyə getdik. Həmin ölkədən də COVİD pasportu ilə Gürcüstana geri döndük.
Bu gün Gürcüstandan Bakıya qayıdanda hava şirkətlərindən biri uçuşumuza icazə vermədi. Bildirdilər ki, vaxtında COVİD testi verməlisiniz”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.