Ermənistanda qeydə alınmış “Üçüncü qüvvə+” (Third Power) qəzetinin redaktoru Vaqram Aqacanyanın Dağlıq Qarabağdak işğal rejimi tərəfindən həbsdə saxlanması ailəsinin beynəlxalq ictimaiyyətə müraciət etməsinə səbəb olub. Aqacanyan ailəsinin müraciətində bildirilir ki, Xankəndidəki işğal rejimi jurnalistə Moskvanın göstərişi həbs edib. Həmçinin qəzetin Rusiyada yayılması da qadağan edilib. Ailə üzvlərinin dediyinə görə, Rusiya federal təhlükəsizlik xidmətinə yaxın mənbələr bildirib ki, rus qurumları Aqacanyanın qəzetindəki materialların erməni və Qarabağ gerçəklərinə uyğun gəlmir. Ailə bu fikirdədir ki, Moskva Qarabağda fəaliyyət göstərən erməni jurnalistlər üçün "qara siyahı" hazırlayır. Aqacanyan öz qəzetində işğal zonasında yaşayan 30 kəndli ailəsinin problemindən yazıb. İşğal rejimi isə zonada belə adamların yaşamadığını iddia edir. Aqacanyan indiyə kimi 3 dəfə həbsdə olub və 4-cü dəfə 2011-ci ildə tutulub. İndiyə kimi həbsdə saxlanır. Mütəmadi olaraq ona işgəncə verilir. Aqacanyanın başına gətirilən oyunlar erməni jurnalistləri Qarabağı tərk etməyə məcbur edib. Artıq heç bir erməni junalist işğal zonasında baş verən qanunsuzluqlardan yazmağa risk etmir.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.