Bakıda yeni taksi xidməti faəliyyətə başlayacaq. Bu barədə Nəqliyyat Nazirliyinin “Bakı Taksi Xidməti” MMC-nin direktoru Elçin Nəsirov açıqlamasında bildirib. Onun sözlərinə görə, yeni taksi xidmətinin təşkil olunması üçün qurum tərəfindən 500 “London taksisi ayrılıb. Həmin taksilər Bakıda keçiriləcək Birinci Avropa Oyunları ərəfəsində qüsursuz xidmət göstərəcək. Bunun üçün ayrılan taksilər Avropa Oyunları Təşkilat Komitəsinin ixtiyarında olacaq. Xidmətləri göstərmək üçün təcrübəli və peşəkar sürücülər də ayrılıb. Həmin sürücülər dil kursları keçiblər. Əlavə olaraq onlara müştərilərlə rəftar və digər treninqlər keçirilib. Bundan əlavə olaraq, müştərinin lazımı ünvana tez və təhlükəsiz çatdırılması üçün lazımı təcrübi praktika keçirilib. “Ən əsası isə həmin taksilər pulsuz xidmət göstərməcək. Həmin taksilər oyun iştirakçılarına, qonaqlara və təşkilat komitəsinin təyin etdiyi şəxslərə pulsuz xidmət göstərəcək. Bundan başqa, Avropa Oyunlarına buraxılış vərəqəsi olanlar da həmin taksilərin xidmətindən istifadə edə biləcəklər”, - deyə Elçin Nəsirov bildirib.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.