Suriyanın üçüncü ölkələrin döyüş meydanına çevrilməsinə qarşıyıq. Musavat.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. “İsrailin Suriyadakı hava hücumlarına gəlincə, deməliyəm ki, Suriya üçüncü ölkələr arasında qarşıdurma meydanına çevrilməməlidir. Bu mənada, Suriya torpaqlarının İsrail, yaxud digər ölkələrə qarşı istifadə edilməsini istəmirik. Bununla bağlı meydana çıxan problemlər hərbçilərimiz tərəfindən dəyərləndirilir”, – deyə XİN rəhbəri bildirib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.