Nepalın Qorkha regionunda baş vermiş rixter cədvəli ilə 7.9 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 5200-ə çatıb. Dağıntılar altında sağ qalanların olması ehtimalı vaxt irəlilədikcə daha da azalır. Bununla belə, insanların ümidlər hələ ki, tükənməyib. Axtarış-xilasetmə qrupları isə, fasiləsiz olaraq dağıntıları aradan qaldırmağa çalışırlar. Təbii fəlakətdən əziyyət çəkən insanların təcili olaraq humanitar yardıma ehtiyacları var. Birləşmiş Millətlər Təşkilatı Nepala dəstək məqsədi ilə 415 milyon dollar məbləğində maliyyə vəsaitinin toplanmasına başlayıb. Rəsmilər zəlzələ nəticəsində 70 mindən çox evin dağıldığını bildiriblər. Təbii fəlakət zamanı 10 348 nəfər xəsarət alıb. Evləri dağılan insanların müvəqqəti olaraq yerləşdirilməsi üçün 4 700-dən çox çadır quraşdırılıb. Beynlxalq ictimaiyyət də Nepala humanitar yardım göndərməkdə davam edir. İsrail və Rusiya təbii fəlakətdən əziyyət çəkən insanları tibbi ləvazimat, ərzaq və dərmanla təmin edib. Rusiya zəlzələ nəticəsində xəsarət almış 11-i uşaq olmaqla 128 nəfəri Moskvada müalicəyə gətirib. Nepalda zəlzələ zamanı bir binanın uçması anı təhlükəsizlik kamerasına düşüb. Bina uçaraq yolun üzərinə aşır. Hadisə nəticəsində yol ilən ötən avtomobil və insanlara zərər dəyir. Bəzi piyadalar isə, dağıntıların altında qalır.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.