banner
banner

Gündəm

Ermənilər 19 ildir BMT-ni saymır

Ermənilər 19 ildir BMT-ni saymır

Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) Ermənistan ordusu tərəfindən işğal olunmuş Azərbaycan ərazisinin qeyd-şərtsiz boşaltması barədə irəli sürdüyü 822 saylı qətnamənin qəbulundan 19 il ötür.
BMT Təhlükəsizlik Şurası Azərbaycanın Kəlbəcər rayonunun ermənilər tərəfindən işğalı ilə bağlı 1993-cü il aprelin 30-da 3205 saylı iclasda 822 saylı qətnaməni qəbul edib. 
Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. 
Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.
Xatırladaq ki, Azərbaycanın Kəlbəcər rayonu 1992-ci il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.