Bakı Metropoloitenində qatar vaqonlarından birinin qapısı tam bağlanmadan hərəkət edib. Cia.az-ın məlumatına görə, hadisə saat 08:15-də metronun “20 yanvar” stansiyasından “İnşaatçılar” stansiyasına gedən istiqamətdə baş verib. Belə ki, “Dərnəgül”dən “Həzi Aslanov” istiqamətində gedən qatar “20 yanvar” stansiyasında olarkən, sonuncu vaqonun qapılarından biri tam bağlanmayıb. Oradakı nəzarətçilər nə qədər çalışsalar da, qapını tam bağlaya bilməyiblər. Qapının tam bağlanmamasına baxmayaraq, qatar hərəkət eərək tunelə girib. Qapı aralı halda qatar “İnşaatçılar” stansiyasına qədər hərəkətini davam etdirib. Məsələ ilə əlaqədar Bakı Metropolitenilə əlaqə saxladıq. Metronun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin ANS PRESS-ə verdiyi məlumata görə, bu gün metroda heç bir nasazlıq qeydə alınmayıb. “Ümumiyyətlə vaqonda hansısa qapıda nasazlıq olan zaman qatar yerindən tərpənməz. Bilmirəm bu hadisə necə olub, amma bu gün heç bir nasazlıq olmayıb”, - deyə Nəsimi Paşayev bildirib.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.