banner
banner

Dünya

Elan edilən tərəfdaşlıq heç bir ölkəyə yönəlməyib

Elan edilən tərəfdaşlıq heç bir ölkəyə yönəlməyib

ABŞ-ın Hind-Sakit Okean bölgəsində Böyük Britaniya və Avstraliya ilə yeni tərəfdaşlığı Çinə qarşı yönəlməyib və Vaşinqton Pekinlə münaqişə axtarmır.Cia.az  xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki jurnalistlər üçün təşkil etdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, “elan edilən tərəfdaşlıq heç bir ölkəyə yönəlməyib”. Psaki bildirib ki, bu qarşılıqlı əlaqə “ABŞ-ın strateji maraqlarının müdafiəsinə” və bölgədə sabitliyi qorumağa hədəflənib.

“Çinə gəlincə, biz ÇXR ilə sərt rəqabətə hazırıq, biz münaqişə axtarmırıq”, - deyə Ağ Ev rəsmisi əlavə edib. O xatırladıb ki, ABŞ prezidenti Co Bayden və ÇXR sədri Si Cinpin bu ayın əvvəlində telefon danışığı aparıblar.

“Biz, əlbəttə ki, liderlər arasındakı dialoqu yüksək səviyyədə dəstəkləmək niyyətindəyik”, - deyə Psaki vurğulayıb.

 
 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.