banner
banner

Dünya

O, ölkəni tərk edəcəyi halda da mübarizəsini davam etdirəcəyini bildirib -Video

O, ölkəni tərk edəcəyi halda da mübarizəsini davam etdirəcəyini bildirib

Taliban” Əfqanıstanda nəzarəti ələ keçirməzdən əvvəl qadın hüquqları müdafiəsi üzrə fəallığı ilə məşhur olan Taranom Seyidi gələcəyi ilə bağlı çox narahatdır.

Hazırda o, “Taliban” rejimindən gizlənir.

Taranom Seyidi “CNN” müxbiri ilə söhbəti zamanı yaşadığı dəhşəti dilə gətirib. Məlumata görə, bu qadının “Taliban”ın gözündə yeganə təqsiri küçələrdə bərabərlik hüquqlarını tələb etməkdir.

 

Buna görə, o döyülüb və təzyiqlərə məruz qalıb. Bu səbəbdən “Taliban” qorxusu onu hər yerdə izləyir.

Taranom Seyidi hazırda ailəsinin və zorakılıqdan xilas etdiyi uşaqların qayğısına qalan yeganə insan olduğunu deyib. Bununla belə, ölkədə qalmağın onun üçün ölüm riski daşıdığını vurğulayıb.

T. Seyidi bildirib ki, onun taleyi kömək üçün müraciət etdiyi ABŞ, Böyük Britaniya, Kanada və digər ölkələrdən asılıdır. O, ölkəni tərk edəcəyi halda da mübarizəsini davam etdirəcəyini bildirib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.