Almaniyanın dövlət və hökumət rəhbərlərinin "erməni soyqırımı" ilə bağlı sərsəm açıqlamaları və Türkiyə tərəfinin onlara tutarlı cavabları Federativ Respublikanın mətbuatında əsl rezonans doğurub. Ölkənin "Der Westen" qəzeti yazır ki, Türkiyənin dövlət xadimləri "erməni soyqırımı" faktını tanımağa cəsarət göstərən bütün ölkələri ittiham edirlər. Məsələn, Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçeli bildirib ki, Almaniya özü tarixindən utanmalıdır. Ümumiyyətlə, bu partiya qarşıdan gələn parlament seçkisi kampaniyasına Almaniyadan start verib. D.Bahçeli seçkiqabağı kampaniyası çərçivəsində Almaniyanın Nordrhein-Westfalen Federativ dairəsinin Oberhauzen şəhərindəki "König-Pilsener-Arena" kompleksində bu ölkədə yaşayan 10 min türklə görüşüb.
"Der Westen" diqqətə çatdırır ki, MHP sədri ermənilərin qondarma soyqırım iddiaları ilə bağlı Almaniyada yaşanan son hadisələrə toxunub, almanların törətdiyi günahları xatırladıb: "Hamı - kürdlər, ermənilər, assuriyalılar bizdən şikayət edir, bizdən nəsə umurlar. Hamısı "soyqırım" məsələsində lobbiçilik həyata keçirirlər. Onlar Türkiyəni qaralamaq istəyirlər. Ancaq Almaniya "soyqırım" haqqında necə danışa bilər, onun haqqı yoxdur? Birinci Dünya müharibəsi illərində hamımızı eyni tale gözləyirdi. Almanlar, ilk növbədə, şəxsi tarixləri ilə üz-üzə qalmalı, tarixlərini yenidən nəzərdən keçirməlidirlər. Hitleri biz doğmadıq. Biz insanları qaz kameralarında öldürmürdük. Türkiyə heç vaxt soyqırım etməyib."
Xatırladaq ki, Türkiyədə parlament seçkiləri iyunun 7-də keçiriləcək.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.