banner
banner

Gündəm

Həftəyə iki qadın... STATİSTİKA

Həftəyə iki qadın...

“Azərbaycanda məişət zorakılığı halları artıb. Hər həftə təxminən iki qadın həyat yoldaşı və ya yaxınları tərəfindən qətlə yetirilir. Buna görə də “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun monitorinqini keçirməyə ehtiyac yaranıb”.

Bunu  “Təmiz Dünya”Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib.

Hüquq müdafiəçisinin sözlərinə görə, qətl hadisələri Cinayət Məcəlləsinin müvafiq maddələri ilə araşdırıldığından məişət zorakılığının dəqiq statistikasını aparmaq mümkün olmur: “Rəsmi statistikaya görə, məişət zorakılığı azalıb. Lakin ölkə mətbuatında bir aylıq monitorinqlər əksini deyir. “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun 6.1.2-ci maddəsində göstərilir ki, fiziki və ya hüquqi şəxslərdən, dövlət və yerli özünüidarə orqanlarından, o cümlədən təhsil və ya səhiyyə müəssisələrindən, qeyri-hökumət təşkilatlarından, kütləvi informasiya vasitələrindən daxil olmuş müraciətlər sözügedən qanunla araşdırlacaq. Bu maddə ilə neçə cinayət işi araşdırılıb? İndiyədək bununla bağlı statistika təqdim edilmir”.

M.Zeynalova monitorinqlərdən sonra vəziyyətin qiymətləndiriləcəyini dedi: “Biz “Məişət zorakılığı haqqında” qanunda ayrıca maddənin olmasını təklif edirik. Qanunda nəzərdə tutulduğu halda mühafizə orderi məsələsi də həllini tapmır. Yəni qurbanlar bu qanundan yararlana bilmir”.

Təşkilat rəhbəri aqressiv kişilər üçün reabilitasiya mərkəzlərinin yaradılmasını da təklif edir: “Məişət zorakılığı hallarının artmasına baxmayaraq cəmiyyətin bu zorakılığa fəal etiraz yoxdur. Küçədə qadın döyülür, toyda bəy gəlini vurur, lakin heç kim müdaxilə etmək istəmir”.

Məişət zorakılığının səbəblərindən biri də ağır sosial durumdur.

Qeyd edək ki, ötən il baş vermiş zorakılıq faktlarının statistikası tam hazır deyil. Dövlət Statistika Komitəsindən bildiriblər ki, 2013-cü ildə  qadınlara qarşı törədilən cinayətlərin sayı 1803 olub. 2012-ci ildə 3218 belə fakt, 2011-ci ildə isə 4280 cinayət qeydə alınıb.

Həmin il yetkinlik yaşına çatmayan qızlara qarşı 51 cinayət törədilib. Amma 2012-ci ildə 25 qadın öldürüldüyü halda ötən il 30 qadın cinayətə qurban gedib.

2013-cü ildə 3 azyaşlı, 3 yeniyetmə cinayət qurbanı olub. Ötən il  678 qadın, 5 azyaşlı, 25 yeniyetmə xəsarət alıb.

Bu ilin ilk ayı ərzində Azərbaycanda rəsmi orqanlar tərəfindən 5,6 min nikah qeydə alınıb.

Bu il qeydə alınan boşanmaların sayı da ötən ilin müvafiq dövrü ilə müqayisədə bir qədər çoxdur. Bu ilin yanvar ayında ölkədə rəsmi orqanlar tərəfindən 1,1 min boşanma halı baş verib. Ötən ilin yanvar ayında isə bu göstərici 1,0 min olub.

Bu il əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 6,9, boşanmaların sayı isə 1,4 olub.

Qeyd edək ki,ötən il də nikahların sayında azalma, boşanmaların sayında isə artım müşahidə edilmişdi. Ötən il Azərbaycanda 12,1 min cütlük boşanmışdı.

Boşanan ailələrin tam əksəriyyəti məişət zorakılığını səbəb kimi göstərib.

Onu da xatırladaq ki, üç gün öncə Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsinin X.Vəliyev küçəsində 1985-ci il təvəllüdlü Musayev Vüsal Niyazi oğlu həyat yoldaşı, 1986-cı il təvəllüdlü Məmmədova Zakirə Zakir qızını bıçaqlayaraq qətlə yetirib.

İki gün əvvəl isə Gəncədə qadın əri tərəfindən öldürülmüşdü...

(virtualorg.az)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.