Mübariz Mənsimov ETİRAZ ETDİ: "Bizi alətə çevirməyiniz səhv addımdır"
“Axır zamanlar bəzi TV kanalları, internet TV-lər, köşə yazarları, blogerlər mənim və şirkətimin adından sui-istifadə edərək, silsilə verilişlər hazırlayırlar. Biz də sizin kimi bu verilişlərdən və yazılardan işıq üzü görəndə xəbər tuturuq”.
Bu sözləri Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı, “Palmali” şirkətinin sahibi Mübariz Mənsimov bildirib.
“Mənim və şirkətimin adından danışan hər kəsdən xahiş edirəm ki, mənim rəyim və razılığım olmadan verilişlər hazırlamayın və efirə verməyin. Nəticədə belə güman edilir ki, bu verilişlər (yazılar) mənim sifarişimlə və maliyyə dəstəyimlə hazırlanır”- deyə, M.Mənsimov jurnalistlərə etiraz edib.
O deyib ki, bu günə qədər heç bir media şirkətinə 1 qəpik də olsun pul verməyib, heç bundan sonra da verməyi düşünmür:
"Heç bir medianı maddi cəhətdən dəstəkləməmişəm və bundan sonra da belə olacaq. Belə verilişlər mənim xəbərim olmadan hazırlanır. Bu verilişlərin məzmunu idarə etdiyim "Palmali" şirkəti ilə və mənimlə razılaşdırılmır. Bu səbəbdən razılaşdırılmamış xəbərlərin yayılmasını doğru saymıram. Bu xəbərləri yayaraq, bizi alətə çevirməniz səhv addımdır. Mən iş adamıyam. İşim gəmilərlə və gəmiçilərlədir. Bu çətin vaxtda bir də boş söhbətlərə alət etməyin bizi. Mənim adımdan istifadə edib yayılan xəbərlərin dayandırılmasını tələb edirəm. Bu tərz xəbərləri pisləyir və bu şəkildə mənə verilən özlərinə məxsus dəstəyi istəmir və qəbul etmirəm”.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.