Nəsimidə Anım Günü ilə bağlı tədbir keçirildi - Fotolar
27 sentyabr - Anım Günü münasibətilə Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Vaqif prospekti və S.Vurğun küçəsinin kəsişməsində yerləşən parkda (R.Zorge parkı) tədbir keçirilib.
Cia.az xəbər verir ki, əvvəlcə rayon hüquq-mühafizə orqanları rəhbərlərinin, rayon ağsaqqallarının, ictimaiyyət nümayəndələrinin, gənclərin, Vətən Müharibəsi şəhidlərinin ailə üzvləri, Vətən Müharibəsi əlilləri və veteranların iştirakı ilə Şəhidlərin məzarı ziyarət olunub və rayonun Cavadxan küçəsi boyunca şəhidlərin əziz xatirəsinə 500 ağac əkilib.
Sonra tədbir iştirakçılarının iştirakı ilə rayonun Vaqif prospekti və S.Vurğun küçəsinin kəsişməsində yerləşən parkda (R.Zorge parkı) tədbir davam etdirildi. Nəsimi rayon məktəblilərindən ibarət “Şahinlər” komandasının iştirakı ilə hərbi rəhbər rayon rəhbərliyni salamlamış və tədbiri açıq elan etmişdir. Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin müşaiyəti ilə saat 12.00-da Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səslənib.
Giriş sözü ilə tədbiri açıq elan edən rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qeyd edib ki, Müzəffər ordumuz 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad etdi: “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu qızıl hərflərlə zəfər tariximizə yeni səhifə yazdı. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayan respublikamız bütün dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır. Bir daha sübut olundu ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir”.
Sonra Nəsimi rayon məktəblilərindən ibarət “Şahinlər” komandasının iştirakı ilə hərbi andiçmə mərasimi keçirilib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.