“Bir neçə həftə qalıb, savaşa hazırlaşın!” - Erməni politoloqdan ŞOK İDDİA
Ölən uşaqların xatirinə növbəti savaşa hazırlaşın.
Cia.az xəbər verir ki, bu sözləri özünün facebook səhifəsində erməni politoloq Alen Gevondyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 29 sentyabrda Moskvaya nəzərdə tutulan səfərini şərh edərkən yazıb.
“Bu, bir neçə həftə məsələsidir, hansı ki, buna 29 sentyabrda aydınlıq gətiriləcək. Mərsiyə demək yerinə silahdan istifadəni öyrənin, elastiklik yerinə prinsipləriniz və iradəniz olsun”, – deyə o bildirib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.