banner
banner

Gündəm

Könüllülər “Dəmir Yumruq” simvolunu canlandırıblar.

Könüllülər  “Dəmir Yumruq” simvolunu canlandırıblar.

Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə II Qarabağ müharibəsinin başlamasının birinci ildönümünə həsr olunan "Vətən var olsun" şüarı altında fləşmob keçirilib. 

Cia.az  xəbər verir ki, fləşmobda iştirak edən ölkənin aparıcı könüllü təşkilatlarını təmsil edən 1300-dən çox gənc könüllü fləşmobdan öncə 27 sentyabr - Anım Günü ilə əlaqədar torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. 

 

Fləşmob zamanı Azərbaycan Respublikasının Dövlət Bayrağının rənglərini əks etdirən xüsusi geyimlərdə olan könüllülər Dövlət Bayraq Meydanı ərazisində Azərbaycan Respublikasının xəritəsini və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarixi zəfərimizin əsas rəmzlərindən hesab olunan “Dəmir Yumruq” simvolunu canlandırıblar.

Fləşmoba qatılan könüllülər qalib ölkənin gəncləri olmaqdan qürur hissi keçirdiklərini və bundan sonrakı fəaliyyətlərində də Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərimizin dirçəlməsi üçün yorulmadan çalışacaqlarını qeyd ediblər.

 

 





Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.