"Şahbazdan yeni məktub almışıq. O, vəziyyətinin yaxşı olduğunu deyir. Bu məktubu da əməliyyatdan sonra yazıb". Bunu Şahbaz Quliyevin bacısı İradə Quliyeva deyib. O bildirib ki, Şahbaz yaxınlarından ailəsinə yaxşı baxmağı xahiş edib: "Deyir ki, qızıma yaxşı baxın, elə bilin ki, mənə baxırsınız". Bacısının sözlərinə görə, Şahbaz Quliyev öd kisəsindən əməliyyat olunduğunu və hazırda özünü yaxşı hiss etdiyini də yazıb. İradə xanım may ayının 9-da Şahbazın ad günü olacağını söyləyib. Şahbazın 47 yaşının tamam olacağını deyən girov bacısı qardaşının tezliklə Azərbaycana qayıdacağına ümid edir. Xatırladaq ki, Şahbaz Quliyev və Dilqəm Əsgərov ötən il iyul ayında Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda ermənilər tərəfindən girov götürülüblər. Onlar Kəlbəcərə ata-baba ocaqlarını ziyarət etmək üçün keçmişdilər. Girov götürülən zaman onların yanında olan Həsən Həsənov isə qətlə yetirilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.