Sovet maşını ilə- taksi xidməti göstərən sürücülərin hamısı...
Bakıda taksi sürücülərinə növbəti dəfə xəbərdarlıq edilib. Cia.az-ın məlumatına görə, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşı Əmrah Cəfərov bildirib ki, Avropa Oyunları dövründə Bakıda Rusiya Sovet dövründə istehsal olunan maşınlarla taksi xidməti göstərən sürücülərin hamısı cəzalandırılacaq. "Bakıda imkan verilməyəcək ki, Sovet dövründə istehsal olunana maşınlarla taksi xidməti göstərsin. Vətəndaşlar yaxşı olardı ki, iyun ayının 1-də 30-a qədər yalnız London taksilərdən istifadə etsinlər", - deyə Əmrah Cəfərov bildirib. Qurum rəsmisi deyir ki, Avropa Oyunlarında taksi fəliyyətilə bağlı ciddi reydlər keçiriləcək. Artıq paytaxtın taksi parklarında da yoxlamalara başlanılıb. Nöqsanların müəyyənləşdirilərək aradan qaldırılması təmin ediləcək.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.