banner
banner

Dünya

David Tonoyanın nədə ittiham olunduğu məlum olub

David Tonoyanın nədə ittiham olunduğu məlum olub

Ermənistanın sabiq müdafiə naziri David Tonoyanın nədə ittiham olunduğu məlum olub.

Cia.az TASS-a istinadən verdiyi xəbərə görə, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, D. Tonoyan xüsusilə külli miqdarda mənimsəmədə (2 277 323 840 dram - 4,5 mln. dollar) təqsirləndirilir.

Sabiq müdafiə nazirinin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edilib.

Ötən gün D. Tonoyanın saxlanılması barədə məlumat yayılıb. Onun evində axtarış aparıldığı bildirilib.

Sabiq müdafiə naziri başqa yerə getməmək şərti ilə sərbəst buraxılıb.

Xatırladaq ki, D. Tonoyan 44 günlük müharibə zamanı Ermənistanın müdafiə naziri olub. O, 2020-ci il noyabrın 20-də istefa verib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.