banner
banner

Sosİal

Analar ölməyəcək- doğuş zamanı

Analar ölməyəcək-

Azərbaycanda doğuş zamanı baş verən ölüm hallarınn qarşısını almaq üçün böyük işlər görülür. Bunlardan ən əsası isə Respublika Perinatal Mərkəzi tam gücü ilə işləyir.
Qeyd edək ki, Perinatal Mərkəzin yerində əvvəllər Səhiyyə Nazirliyinin balansında olan 2 saylı Xətai Doğum Evi fəaliyyət göstərib. Bura 2006-cı ildə təmirə dayandırılıb və 2009-cu ildə təmirdən sonra Perinatal Mərkəz kimi fəaliyyətə başlayıb. Ötən isə bura əsaslı təmir olunaraq əhalinin istifadəsinə verilib.
Əgər əvvəllər Azərbaycanda doğuş zamanı ölüm halları çox idisə, artıq bu hallar nisbətən azalmaqdadır. Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, tibb müəssisəsinə ən ağır xəstələr qəbul olunur.

“Azərbaycanda beynəlxalq təxrübəyə əsaslanaraq bu mərkəzi yaratdılar. Hazırda Azərbaycanda Perinatal Mərkəzə hamiməlik zamanı xüsusi risklər daşıyan qadınlar daxil olur. Əgər əvvəllər qadınlar hamiməliyin 28 həftəliyində doğuş edirdisə, indi artıq bizim imkanlarımız var ki, ehtiyac yaranarsa, qadını hamiləliyin 22 həftəsində əməliyyat edərək uşağı salamat çıxaraq”, - deyə Sevinc Məmmədova bildirib.

Perinatal Mərkəzə müraciət etmək üçün hamilə qadının qeydiyyatda olduğu şöbədən göndəriş yazılmalıdır. Göndərişdə qeyd edilməlidir ki, qadının problemləri nədir və o, niyə adi doğum evlərində doğuş keçirə bilməz. Həmin qadın Perinatal Mərkəzə qəbul olunur. Burada xəstələrə bütün tibbi yardımlar pulsuz göstərilir.
Sevinc Məmmədova deyir ki, bəzən onlara elə ağır xəstələr müraciət edir ki, həmin anda heç bir sənəd tələb olunmur: “Əgər göndərişsiz qadın xüsusi ağır formada müraciət edirsə, təbii ki, onu qəbul edirik. Həmin anda ondan nə sənəd tələb etmək olar ki? Bəzən görürsən ki, adi hamiməlik dövrü keçirən və heç bir problemi olmayan xəstə müraciət edir. Onu başa salmağa çalışırıq ki, əgər səni qəbul etsək, o zaman vəziyyəti ağır olanlara yer qalmır”.

Perinatal Mərkəzi 6 mərtəbədən ibarətdir. Burada ümumilik 120 çarpayı var. Körpələr üçün isə 50 yer var. Reanimasiya şöbəsin 8 çarpayı var. Burada gözəl şəraitə malik palatalar var. Xəstəxanada yeməkxanada gündə 3 dəfə yemək bişirilir.

Perinatal Mərkəzdə normal doğuş keçirənlər 4 gün saxlanılır. Qeysəriyyə əməliyyatı ilə doğuş keçirən qadın normal əməliyyat olunubsa, 5 gün qalmalıdır. Lakin qadınlarda ağır hallar olursa, bu müddət 7-8 vəzən 10 günə qədər uzana bilər. 

Perinatal Mərkəz dövlət tərəfindən xüsusi dərmanlar və tibbi avadanlıqlarla təmin olunub. Tibbi avadanlıqlar super vəziyyətdədir. 

Perinatal Mərkəzdə Avropa, Amerik, Türkiyə Belarusi və digər ölkələrdən istehsal olunan aparatlar var. Perinatal Mərkəzində işləyən həkimlərin hamısı təcrübəli və peşəkardırlar. Onların içərisində professor, elmlər doktoru, dossentlər var. Burada işləyənlərin çoxu xarici ölkələrdə təcrübə keçiblər.

(anspress)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.