Bakıda ağ taksilər işə başlayacaq. Cia.az-ın məlumatına görə, "Günə Baxan"ın qonağı olan Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov bu barədə məlumat verib. Onun sözlərinə görə, bənövşəyi rəngli London taksilərinin ağ versiyası I Avropa Oyunları zamanı mərkəzi küçələrdə fəaliyyət göstərəcək. Bu maşınlar əlində bileti olan şəxsləri oyun keçirilən əraziyə pulsuz gətirəcək.
Ə.Cəfərov bildirib ki, I Avropa Oyunları ilə əlqaədar olaraq Nəqliyyat Nazirliyi üzərinə düşən böyük bir yük Avtomobil Nəqliyyat xidmətinin Bakı Sərinişin və Yükdaşımaları Təşkili İdarəsinə həvalə olunub. Hazırda 2 minə yaxın avtobus və taksi sürücüsü, 300 nəfər isə mühəndis və texniki işçilər bu işə cəlb olunub. Onun sözlərinə görə, hazırda taksi dayanacaqlarına baxış keçirilir, mümkün qədər ərazinin genişlənməsi və işarələnməsi işləri aparılır.
Əmrah Cəfərov əhaliyə xidmət göstərmək istəyən rayonlardakı taksi sahiblərinə də müraciət edib: “Əgər rayonlarımızda taksiyə aid olan bütün avadanlıqlarla təchiz olunmuş nəqliyyat vasitələri varsa, onlar da şəhərin mərkəzində xidmət göstərə bilərlər. Onlar üçün qaraj və gecələməyə yer də verilir. Bunun üçün (012)561 76 28 və (012)561 76 29 nomrələri ilə əlaqə saxlaya bilərlər. Lakin başına “şaşkı” qoyub lisensiyasız, qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olan sürücülərin avtomobilləri cərimə meydançasına aparılacaq və uzun müddət də oradan buraxılmayacaq".
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.