Rusiya və MDB-də istehsal olunan maşınlar üçün texniki baxış müddəti başa çatdı. Cia.az-ın məlumatına görə, bu gündən etibarən avtomobilini texniki baxışdan keçirməyən sürücü məsuliyyətə cəlb ediləcək. BŞBDYPİ-nin şöbə rəisi Vafiq Əsədov bildirdi ki, hazırda ölkənini avtomobil parkının 35-40 faizini Rusiya və MDB ölkələrində istehsal olunan avtomobillərdir. Bu günə texniki baxışdan keçənlərin 15 faizə qədər oduğunu nəzərə alsaq məsuliyyətə cəlb olunan sürücülərin sayının kifayət qədər olacağını demək olar. Vaqif Əsədov onu da qeyd etdi ki, texniki baxışdan keçirmədiyinə görə, protokol tərtib edilərsə cəriməni ödəməklə yanaşı texniki baxışdan keçməsi üçün 10 gün vaxt verilir. Əks halda avtomobilin idarə olunması qadağan edilir. Texniki cəhətdən nasaz avtomobillərin idarə edilməsi qanunla qadağandır.
Şöbə rəisi bildirdi ki, texniki baxışın məqsədi tam yararsız avtomobillərin aşkar edilməsi, onların paytaxtın küçə və yollarında hərəkətini məhdudlaşdırmaqdır. Xarici görünüşü səliqəsiz, istismar müddəti bitmiş, detalları çürümüş olan avtomobillərə qarşı tədbir görüləcək. Texniki baxışı təyin edilmiş qrafik və nəqliyyat vasitələrinin buraxılma ilinə görə müəyyənləşdirilir. Belə ki, son 4 ildə istehsal olunmuş avtomobillər ən azı bir dəfə, istehsal müddəti 10 ilə qədər olunanalar 2 ildən bir, 10 ildən çox olan avtomobillər isə ildə bir dəfə texniki baxışdan keçməlidir. Texniki baxış üçün dövlət rüsumu avtomobillər üçün 20 manat, motosikletlər, avtomobil qoşquları üçün isə 10 manat cıvarında nəzərdə tutulub.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.