Zelenski ikinci dəfə prezidentliyə namizəd olacaq?
“Bütün vədlər yerinə yetirilənə qədər ikinci dəfə prezidentliyə namizədliyimlə bağlı düşünmürəm”.
Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski “Xalqın xidmətçisi” fraksiyasının zirvə toplantısından sonra keçirdiyi brifinqdə ikinci prezidentlik müddəti ilə bağlı sualı cavablandırarkən deyib.
Zelenski birinci müddət bitməmiş bütün vədləri yerinə yetirmək istədiyini qeyd edib.
“Proqramımızın 30-35 faizini başa vurduğumuzu düşünürəm. Ancaq bütün gücümüzlə işləməsək, vədlərin hamısının yerinə yetirilməsinə vaxtımız olmayacaq”, - deyə Zelenski əlavə edib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.