banner
banner

Gündəm

Ölkə polisləri- Bakıya toplaşdı

Ölkə polisləri-

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında 1941-1945-ci illər müharibəsində Qələbənin 70 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Nazirliyin mətbuat xidmətndən Cia.az-a verilən məlumata görə, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Polis Akademiyasının həyətində ucaldılan abidəsini ziyarət edib, əklil qoyublar.
Böyük vətən müharibəsindən bəhs edən sənədli filmin nümayişindən sonra konfransı açıq elan edən Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev faşizm üzərində tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının da böyük töhfəsi və rolu olduğunu bildirib. Onun sözlərinə görə, 600 min həmvətənimizin ön cəbhəyə yollanın. N.Əliyev Azərbaycanda təşkil olunmuş diviziyaların Qafqazdan Berlinədək şanlı döyüş yolu keçdiyini, minlərlə həmyerlimizin partizan dəstələrinin tərkibində vuruşduğunu, müharibədə iştirak etmiş soydaşlarımızın təxminən yarısısının döyüşlərdə qəhrəmanlıqla həlak olduğunu, 170 mindən çox döyüşçünün orden və medallarla təltif edildiyinii, 130 nəfərin isə Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görüldüyünü diqqətə çatdırıb.

Xüsusilə qeyd olunub ki, Qələbənin qazanılmasında Bakı neftinin rolu əvəzsiz olub. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzininin və yüksək keyfiyyətli sürtgü yağlarının 85-90 faizi Azərbaycanın payına düşürdü.

Ümummilli lider Heydər Əliyev 1941-1945-ci illər müharibəsində qazanılan qələbədə xalqımızın fədakarlığından, soydaşlarımızın həm ön, həm də arxa cəbhədəki qəhrəmanlığından, şücaətindən bəhs edərkən deyirdi: "Bu Qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi... O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edilirdi..." Buna görə də ikinci dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə vətənpərvərlik nümunəsi olacaqdır.

Daha sonra ikinci cahan savaşının iştirakçısı, daxili işlər orqanlarının veteranı Mehdi Mehdiyev döyüş və həyat yolu barədə xatirələrini iştirakçılarla bölüşüb.

Polis Akademiyasının İctimai elmlər kafedrasının müəllimləri Rəşad Qasımov və Rəhim Məcnunov "Azərbaycan daxili işlər orqanları ikinci dünya və 1941-1945-ci illər müharibəsində", DİN-in Şəxsi Heyətlə İş İdarəsinin baş inspektoru Yalçın Qarayev isə "Xalqın şərəf tarixi" mövzularında çıxışlar ediblər.

Bir daha qeyd olunub ki, faşizm üzərində qələbə Azərbaycan xalqının da fəxr etdiyi, qürurlandığı unudulmaz tarixdir və biz bu Qələbədən çox şey götürməliyik. Xüsusən, torpaqlarımızın işğal altında olduğu bir zamanda xalqımızın ikinci dünya müharibəsindəki qəhrəmanlığı, oğul və qızlarımızın rəşadəti, bizi ölkəmiz üçün daha Böyük bir Qələbəyə - torpaqlarımızı işğaldan azad etməyə, respublikamızın suverenliyini, ərazi bütövlüyünü bərpa etməyə səsləyir. Bu kontekstdə xalqımızın 1941-1945-ci illər müharibəsində tarixi Qələbənin qazanılmasında göstərdiyi qəhrəmanlıq, yazdığı igidlik salnaməsi gənc nəsil üçün əsl ibrət və örnəkdir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.